Meydana daxil olan azarkeş Qattini zədələdi

Meydana daxil olan azarkeş Qattini zədələdi
DÜNYA FUTBOLU 19 Avqust 2026 / 19:15 329
-  A +

“Yuventus”un müdafiəçisi Federiko Qatti gözlənilməz zədə alıb.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, hadisə Turin klubunun əsas komandası ilə əvəzedici heyət arasında keçirilən ənənəvi mövsüm öncəsi yoldaşlıq oyununda baş verib.

Görüşün ikinci hissəsi azarkeşlərin meydana daxil olması səbəbindən başlamayıb. Qarışıqlıq zamanı azarkeşlərdən biri sürüşərək Qattinin ayaqlarına çırpılıb. Nəticədə italyalı müdafiəçi zədələnib.

Bu səbəbdən 28 yaşlı futbolçunun A Seriyasının ilk turunda meydana çıxması sual altına düşüb.

Qeyd edək ki, “Yuventus” görüşdə Fransisko Konseysau və Ueston Makkenninin qolları ilə 2:0 hesabı ilə qalib gəlib.


Qarabağ FK
Son xəbərlər
18.08.26  20:43

Doku sıradan çıxdı

topaz banner