“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi mətbuat konfransı keçirib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, Niderland klubunun baş məşqçisi Con van den Brom oyunla bağlı fikirlərini bölüşüb. O, “Qarabağ”la hər iki qarşılaşmanı final adlandırıb:
“Bizi “Qarabağ”la iki final gözləyir. “Qarabağ” “Tvente” üçün yad rəqib deyil. Mən də əvvəllər bu Azərbaycan klubu ilə qarşılaşmışam. Həmin vaxt “Lex”in baş məşqçisi idim və bu, təsnifat mərhələsində olmuşdu (2022-ci ildə "Qarabağ" "Lex"ə səfərdə uduzsa da (0:1), Bakıda cavab oyununda qalib gələrək (5:1) mərhələ adlamışdı - QOL.az)".
59 yaşlı niderlandlı mütəxəssis deyib ki, “Qarabağ” son illərdə Konfrans Liqasından daha yüksək səviyyəli turnirlərdə çıxış edib: "Bu, onların səviyyəsi haqqında kifayət qədər məlumat verir. Komandada çoxlu fərdi keyfiyyətlərə malik futbolçular var və indi də belədir. Buna qarşı diqqətli olmalıyıq.
“Qarabağ” Cənubi Avropa və Cənubi Amerika futbolunun təsirlərinin hiss olunduğu komandadır və onların oyununda da bunu görmək mümkündür. Onlar daha çox topa sahib olmağa üstünlük verirlər.
Düşünürəm ki, bizim mütləq şansımız var. Sevdiyimiz və istədiyimiz oyunu göstərməliyik. Dominant olmaq, topa sahib olmaq və azarkeşlərimizin dəstəyi ilə rəqibi geri çəkilməyə məcbur etmək istəyirik. Bunu bacarsaq, gələn həftə keçiriləcək cavab oyunu öncəsi özümüz üçün çox yaxşı üstünlük yarada bilərik.
Maksimum nəticəyə nail olmaq üçün azarkeşlərimizə də ehtiyacımız var. Ev oyunlarında dəfələrlə etdikləri kimi, onlar bizə son təkanı verə bilərlər”.
Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededəki “De Qrolş Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı