Qırmızı vərəqə ona baha başa gəldi

Qırmızı vərəqə ona baha başa gəldi
DÜNYA FUTBOLU 19 Avqust 2026 / 22:47 639
-  A +

PSJ-nin müdafiəçisi Nunu Mendeş 3 oyunluq diskvalifikasiya olunub.

QOL.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi futbolçunu Fransa Superkubokunda “Lans”la keçirilən oyundakı davranışına görə cəzalandırıb.

Görüşün 88-ci dəqiqəsində Nunu Mendeş rəqibin yarımmüdafiəçisi Mixal Skuraşı dirsəklə üzündən vurduğuna görə birbaşa qırmızı vərəqə almışdı.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
18.08.26  20:43

Doku sıradan çıxdı

topaz banner