“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə Niderlandda keçiriləcək ilk oyundan əvvəl Baklda mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis vacib səfərə çıxdıqlarını bildirib:
“Çox vacib səfərə çıxırıq. Köhnə tanış komandaya, yaxşı stadionda, yaxşı azarkeş dəstəyi olan rəqibə qarşı oynayacağıq. İlk xoş xatirələrimiz həmin stadiondadır. İnanıram ki, futbolçular yenə yaxşı nəticə üçün çalışacaqlar.
Problemlərimiz var. Hazırlaşmağa bir o qədər vaxtımız olmadı. Fikrimiz çempionat oyununa yönəlmişdi. Futbolçuların hamısı birlikdə normal məşq edə bilmədi. Bu gün komandanın istirahət günü idi. Sağ-salamat çataq, sabah səhər məşqimiz var. Həmin məşqdə komandanı oyuna tam hazırlamağa çalışacağıq. Problemləri nəzərə almasaq, fikrimizi tam oyuna kökləmişik. İnanıram ki, futbolçuların təcrübəsi özlərini düzgün idarə etməyə yetəcək”.
Qurbanov komandanın çətin dövr keçirməsi və Konfrans Liqasının əhəmiyyəti barədə deyib:
“Bu cür dönəmlərimiz çox olub. Buna çətinlik deməzdim. Bu, futbolun bir hissəsidir. Avropada oynamaqdan vaz keçmək istəmirik. Avrokubokları çempionata qurban vermək fikrində də deyilik. Avrokuboklar tam başqa səviyyədir. Konfrans Liqası olsa belə, orada o qədər tanınmış, keyfiyyətli klublar var. Biz oradan əl çəkmək istəmirik.
Yeni gələn oyunçularımızın həmin turnirdə məsuliyyətli adaptasiya şansları var. Buna ehtiyacları var. Futbolçular belə turnirlərdə böyüyürlər. Çempionatda hansısa çətinliklərimiz ola bilər, amma bu dönəmi keçməliyik. İnsan, klub çətin dönəmdə böyüyür. Klublar böyükhesablı məğlubiyyətlərdən sonra böyüyür. Konfrans Liqasının əsas mərhələsinə düşmək şansımız var, buna “yox” demirik”.
Baş məşqçi “Qarabağ”ın son nəticələrinə yönələn tənqidlərə də münasibət bildirib:
“Futbolda mümkün deyil ki, ən güclü komanda ardıcıl çempion olsun, Çempionlar Liqasını udsun. Ən güclü məşqçilər bir il kuboku qazanıb, sonra finala belə çıxa bilməyiblər. Futbol belə oyundur.
Biz “Dinamo”ya qalib gəldik. Deyə bilərik ki, indi onlarda Şevçenko, Bloxin yoxdur. Amma bu klub “Dinamo”dur. Onlara qarşı oynamaq bizim üçün nüfuzdur. Şükür Allaha, qalib gəlmişik. Tarixdə statistika yazılacaq ki, “Qarabağ” filan vaxtı “Dinamo”ya qalib gəlib. Bunu nə qədər kiçiltmək istəsən də, nəticə oradadır.
Demək olmaz ki, “Qarabağ” yıxıldı, yoxdur. Xeyr. Nəyə görə? Biz çəkinmirik, qorxmuruq, işimizdən yorulmuruq. Azarkeşlərin daim haqqını verməyə hazırlaşırıq. İş saatımızı çoxaldırıq. Azarkeşlərimiz, futbol camiəsi bundan narahat olmasın. Sadəcə uğursuzluq həmişə olur”.
Qurbanov indiki “Tvente”ni əvvəlki illərdə qarşılaşdıqları komanda ilə də müqayisə edib:
“Bəlkə biz o dönəmdə indikindən daha yaxşı idik. Bunu oyunçuların zədəli olduğuna görə deyirəm. O dönəmdə daha hazırlıqlı və istəkli idik. “Tvente” bu gün çox kombinasiyalı futbol oynayır. O vaxt təcrübəli futbolçuları daha çox idi, indi isə dinamik oyunçuları çoxdur. Topla sürətli və çox maraqlı futbol oynayırlar. Diqqətimi çox cəlb etdi. Maraqlı oyun alınacaq”.
“Elvinlə Zubir nadir hallarda rast gəlinən tandem idi”
Qurbanov Elvin Cəfərquliyevin zədələnməsi və Abdullah Zubirin gedişindən sonra sol cinahda yaranan vəziyyətə də toxunub:
“Bəli, nadir hallarda belə bir-birini tamamlayan futbolçular olur. Elə epizod yox idi ki, onlar bir-birini başa düşməsinlər. Onların bir-birini tamamlaması çox vacib idi. Mütləq əvəzləyəcəyik. Ola bilər ki, başqa üstün cəhətlərimiz olsun, başqa kombinasiyalarımız yaransın.
Mən solda sağ ayaqlı futbolçu istəyirəm. Hazırda belə oyunçumuz Renaldo Sefasdır. Çempionatda onu oynatdıq. Amma “Tvente” ilə görüşdə oynayıb-oynamayacağını hələ bilmirik. Sağlamlığı tam bəlli deyil. Düzdür, yaxşılığa doğru dəyişir. Amma oynamamaq ehtimalı da çoxdur. Belə olarsa, əlavə ciddi problem yarana bilər. O mövqeyə yenə bir oyunçu istəyirik. Axtarışlarımız gedir”.
Baş məşqçi yeni transferlə bağlı danışıqların son anda dayandığını da açıqlayıb:
“Dünən bir dəyişiklik olmalı idi, amma qaldı. Sanki iş tamamlanırdı… Yeni transferlə bağlı deyirəm. Birdən-birə problem ortaya çıxdı, qaldı”.
Qurbanov Zubirin gedişindən sonra 10 nömrəli formanın kimə veriləcəyi ilə bağlı suala isə belə cavab verib:
“İstəyənlər çoxdur. Bu oyunlar bitsin, baxarıq”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır