“Hapoel"in (Beer-Şeva, İstail) baş məşqçisi Ran Kojuk Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqda danışıb.
QOL.az sport5.co.il-ə istinadən xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında Bakı təmsilçisi haqda xoş sözlər deyib:
“Qələbəyə görə xoşbəxtəm. Amma bu, yolun yalnız yarısıdır. Futbolçularımın oyunundan razıyam. Onlar çox çalışdılar. “Sabah”ın erkən qolu? Buna hazırlaşmışdıq. "Sabah" əks-hücuma çıxmağı çox yaxşı bacaran komandadır. Qol epizodunda səhvə yol verdik. Köməkçim Ben Binyaminə baxıb dedim ki, dəqiq oynamalıyıq. “Sabah”ın üstünlükləri var və onlar bundan istifadə etməyi bacarırlar. Komanda bu cür epizodlar üçün çox yaxşı hazırlanıb”.
Mütəxəssis hesabda geridə olmalarına baxmayaraq, geridönüş etmələrindən də söz açıb. O, bu qələbəyə görə arxayınlaşmayacaqlarını söyləyib: “Bizim fəlsəfəmiz rəqibi öz tərəfində saxlamaq və çoxsaylı oyunçu ilə təzyiq göstərməklə təhlükəli epizodlar yaratmaqdır. “Sabah”ın yaxşı imkanları var idi. Matçı analiz etməli, nəyin üzərində işləməli olduğumuzu anlamalıyıq. “Sabah”la Bakıda oynayacağıq. Çətin görüş olacaq. Ötən mərhələdə “Orhus” evdə 2:1 hesabı ilə qalib gəldi, sonra “Sabah”a 0:4 hesabı ilə uduzdu. Rəqibimizə hörmətlə yanaşırıq, təvazökar qalacağıq. Ümid edirəm ki, Bakıda yaxşı oyun keçirəcəyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır