Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)

Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)
LONDON-2012 31 İyul 2012 / 02:06 11899
-  A +

Bu gün XXX London Yay olimpiadasında daha iki boksçumuz rinqə çıxıb.

Qol.Az-ın məlumatına görə, 52 kq-da Elvin Məmişzadə və 54 kq-da Vətən Hüseynli mübarizəyə qoşulub.

Mübarizəyə 1/16 final mərhələsindən qoşulan E.Məmişzadə monqolustanlı Tuqstsoqt Nyambayarla qarşılaşıb.

İlk raund Elvinin üstünlüyü ilə başa çatıb - 5:4. İkinci raund isə rəqibin xeyrinə dəyişib - 8:11. Üçüncü raunda da üstün olan monqol boksçu ümumi nəticədə 18:11 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Digər təmsilçimiz, 81 kq. çəkidə yarışam V.Hüseynli ekvadorlu Karlos Qonqoru Merkado ilə üz-üzə gəlib. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 01:54-də başlayıb.

İlk raund V.Hüseynli zəif təsir bağışlayıb - 2:4. İkinci raund da rəqibin üstünlüyü ilə keçib - 4:7. Üçüncü raund da isə idmançımız özünə gəlib və rəqibinə ardıcıl zərbələr endirib. Lakin bu fəallıq da boksçumuza kömək olmayıb - 8:9.

Qeyd edək ki, Azərbaycan London olimpiadasında 7 kişi və 1 qadın boksçu ilə təmsil olunur.


Elvin Məmişzadənin döyüşü fotolarda

Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)

 
Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)
 
Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)
 
Elvin Məmişzadə və Vətən Hüseynli mübarizəni dayandırdı (YENİLƏNİB)
 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner