Ötən həftə saytımızda Almaniyada yaşayan və futbol həyatı sürən həmyerlimiz, “Herta”nın yetirməsi olan Fərrux Kərimovun müsahibəsi getmişdi. Ölkə xaricində futbolçu həyatı sürən həmyerlilərimizin axtarışını davam etdirən Qol.Az bu dəfə sizə karyerasını Almaniyada davam etdirən başqa bir həmyerlimiz, “Kayzerslautern” klubunun yetirməsi olan Orxan Nuriyevlə müsahibəni təqdim edir.
- Öncə başlayaq tanışlıqdan...
- 1992-ci il sentyabrın 10-da Qubada doğulmuşam. Ampluam həm sağ, həm də sol cinah hücumçusu mövqeyi. Fiziki göstəricilərimə gəlincə, boyum 179 sm, çəkim isə 73 kq.
- Futbola harada başlamısan?
- İlk olaraq, Azərbaycanda başlamışam. Belə deyək, ilk vaxtlardan bütün uşaqlar kimi küçələrdə top qovurdum. Sonradan futbol bölməsinə yazıldım. Almaniyaya gələndən sonra isə “Kayzerslautern” futbol məktəbinin uşaq komandasına yazıldım və burada futbolun sirrlərini öyrənməyə başladım. İlk peşəkar klubum isə SV “Schöntal” klubu olub.
- Ümumiyyətlə, necə oldu gedib Almaniyaya çıxdın?
- Uşaq vaxtı atam işi ilə əlaqədar olaraq, bizi buraya gətirib. Beləliklə də Almaniyada yaşamağa başlamışıq.
- Azərbaycan millisində səndən xəbərdar olan varmı, bu günə qədər əlaqə saxlayan olubmu?
- Açığı, mən özüm Azərbaycan millisi ilə əlaqə saxlamışam, oynamaq istəyimi bildirmişəm. Amma hələ də heç bir cavab gəlməyib.
- Bəs, futbolumuz haqqında nə dərəcədə məlumatlısan?
- Bildiyim qədəriylə, hazırda Azərbaycan futbolu inkişaf dövrünü yaşayır.
- Almaniyada Azərbaycan futbolu haqqında nə bilirlər?
- Almaniyadan Azərbaycan futbolu çox qəliz görünür. Almanların futbol hissiyatı var, topla necə davranmalı olduqlarını, futbol duyumunu gözəl bilirlər.
- Hazırda millimizə dəvət alan Ufuq Budaqla, Uğur Pamuk Almaniyada yetişib Azərbaycan millisinə dəvət alan futbolçulardı. Onlarla tanışlığın var?
- Yox, heç birini tanımıram. Sadəcə, eşitmişəm ki, hər ikisi milliləşdirilib və Azərbaycan millisində oynayırlar.
- Sən özün, Azərbaycan klublarının birində oynamaq istərdin?
- Açığı yox, istəməzdim. Çünki mən Avropada oynamağa üstünlük verərdim. Hazırda zədəm var. Bəlkə də zədəm olmasaydı II Bundesliqa klublarının birinin şərəfini qoruyurdum. Təkliflər də var idi. Ancaq təəssüf ki, zədə aldım və bu, baş tutmadı. İnanıram ki, zədədən sonra istəyimi həyata keçirəcəm. Amma millinin formasını sevə-sevə geyinərdim.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu