FİFA DÇ-2026-dan əvvəl stadion qaydalarını dəyişib və azarkeşlər üçün vacib məhdudiyyət tətbiq edib.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yenilənmiş davranış kodeksinə əsasən, stadionlara təkrar istifadə oluna bilən və ya boş su butulkalarının gətirilməsi qadağan olunub. Əvvəllər 1 litrə qədər boş plastik butulkaya icazə verilirdisə, indi bu maddə tamamilə ləğv edilib.
FİFA qərarı təhlükəsizlik səbəbləri ilə izah edib. Bildirilib ki, butulkaların tribunaya və ya meydana atılması risk yarada bilər.
Stadionlarda vəziyyət necə olacaq?
Azarkeşlər öz butulkalarını gətirə bilməyəcək
Su stadion daxilində satışda olacaq
Bəzi arenalarda su doldurma və sərinləmə zonaları nəzərdə tutulur
Narazılıqlar var
Mundialın başlamasına 1 həftə qalmış verilən qərar xüsusilə isti hava gözlənilən şəhərlərdə ciddi müzakirə doğurub. Azarkeşlər həm qiymət artımı, həm də rahatlığın azalmasından narahatdırlar.
Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatı bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi