AFFA tərəfindən “Oyun – klubun DNT-si” mövzusunda seminar təşkil edilib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Tədbirdə klublardan 60-dək nümayəndə iştirak edib. İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub.
Seminar Estoniyanın Premyer Liqasında çıxış edən “Harju JK Laagri” klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib. UEFA Pro lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans analizi sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.
Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb..
Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.
Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.
Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
Yuxarı
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək