Xəbər verdiyimiz kimi, FİFA 2026-cı il dünya çempionatı üçün yeni stadion qaydalarını açıqlayıb. Qurumun qərarına əsasən, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialın oyunlarında vuvuzelalardan istifadə də qadağan olunub.
QOL.az "reuters"ə istinadən xəbər verir ki, azarkeşlərin stadionlara vuvuzela, hava siqnalı və digər yüksək səs yaradan alətlərlə daxil olmasına icazə verilməyəcək. Qaydanı pozan şəxslər arenaya buraxılmaya və ya stadiondan uzaqlaşdırıla bilər.
Vuvuzelalar xüsusilə 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında məşhurlaşmış və turnirin əsas simvollarından birinə çevrilmişdi. Lakin alətin yaratdığı fasiləsiz yüksək səs illərdir futbol ictimaiyyətində müzakirə mövzusu olub.
FİFA-nın yeni davranış kodeksində lazer göstəriciləri, fitlər və digər səs-küylü vasitələr də qadağan olunmuş əşyalar siyahısına salınıb.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürəcək. Turnir tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi