“Zirə”nin qapıçısı Tiaqo Silvanın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzdunuz. Məğlubiyyətə nə səbəb oldu?
- Normalda bu cür mövzularda danışmaq istəmirəm. Eləcə də bunu deməklə, "Qarabağ"ın qələbəsinə də kölgə salmaq istəmirəm. Rəqib çox yaxşı performans sərgilədi. Amma eyni sözləri hakimlərlə bağlı deyə bilməyəcəm. Məncə, ilk hissədə “Qarabağ”ın qapısına penalti təyin edə bilərdi. Eləcə də xırda qayda pozuntularında referi nədənsə fərqli qərarlar verirdi.
- Sizcə, məğlubiyyəti yalnız bununla əlaqələndirmək olar?
- Xeyr. Bu matçda oyun planımızda dəyişiklik olmuşdu. Bir az daha geridən, müdafiə planında oynayırdıq. Oyunun müəyyən hissəsində "Qarabağ"ın hücumlarının qarşısını ala bilirdik. Amma əfsuslar olsun ki, rəqib qol epizodlarından faydalandı. Ümumilikdə “Qarabağ” yaxşı oyun nümayiş etdirdi. Qələbəyə layiq idi.
- Hesab arasındakı fərqi azaltdıqdan sonra “Qarabağ” dərhal üçüncü qolu vurdu. Məhz həmin anı matçın qırılma nöqtəsi saymaq olar?
- 60-cı dəqiqədən sonra meydana hücumameyilli futbolçularımız daxil oldu. Bu da oyunumuza canlanma gətirdi. Dediyiniz kimi, qollardan birinin əvəzini çıxdıq. Sadəcə olaraq, hücuma atılandan sonra avtomatik olaraq müdafiədə müəyyən boşluqlar yaranır. "Qarabağ" da bundan lazımınca yararlandı. Rəqibin futbolçularının fərdi keyfiyyətlərini hamımız bilirik.
- Sona 9 tur qalıb. Komandanızın avrokuboklarlara yollanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Avrokuboklarda mübarizə apara bilərik. Hazırkı vəziyyətdə fikrimiz üçüncü pillə ilə, "Turan Tovuz"la xal fərqini azaltmağa yönəlib.
- Həm “Sabah”a, həm də “Qarabağ”a qarşı oynamısınız. Sizcə, bu komandalardan hansı çempionluğa daha şanslıdır?
- Bu məsələ mənə maraqlı deyil.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi