İyunun 4-də İtaliyanın paytaxtı Roma şəhərində parataekvondo üzrə Roma Qran-Prisi keçirilib.
QOL.az xəbər verir ki, ən yüksək reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə Azərbaycanı K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil ediblər.
Sabir Zeynalov 1/4 final mərhələsində braziliyalı Fabricio Souza, yarımfinalda türkiyəli Ali Can Özcan, finalda isə cənubi koreyalı Pyeonggang Lee üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.
İmaməddin Xəlilov isə 1/4 finalda taylandlı Tanapan Sotthisetə qalib gəlsə də, yarımfinalda italiyalı Antonino Bossolo ilə qarşılaşmada mübarizəni dayandırıb və turniri bürünc medalla başa vurub.
Parataekvondoçularımız yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qatılıblar.
Qeyd edək ki, Roma Qran-Prisində əldə olunan nəticələr idmançılara Los-Anceles-2028 Yay Pralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"