İngiltərə futbolunun tanınmış simalarından biri, “Çelsi”nin əfsanəvi hücumçusu Bobbi Temblinq 84 yaşında dünyasını dəyişib.
QOL.az xəbər verir ki, bu barədə onun vaxtilə çalışdırdığı "Kroşaven" klubu sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, sabiq futbolçu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bobbi Temblinq “Çelsi” tarixinin ən məhsuldar futbolçularından biri hesab olunur. O, 1959–1970-ci illərdə London klubunun formasını geyinib, 370 oyunda 202 qol vurub. Uzun illər klubun bombardiri olan Temblinqin rekordu yalnız 2013-cü ildə Frenk Lempard tərəfindən yenilənib. Buna baxmayaraq, o, hələ də “Çelsi”nin İngiltərə çempionatları tarixində ən çox qol vuran (164) futbolçusudur.
Qeyd edək ki, Temblinq klub tarixində bir oyunda vurulan qolların sayına görə də rekordçulardan biridir. O, 1966-cı ildə “Aston Villa” ilə matçda 5 qol vuraraq yadda qalan performans nümayiş etdirib.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı