“Trabzonspor” futbolçusunu AEK-ə satdı

“Trabzonspor” futbolçusunu AEK-ə satdı
DÜNYA FUTBOLU 4 İyun 2026 / 10:20 536
-  A +

“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna transfer olunub.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" bu transferdən 4 milyon avro qazanacaq. Bundan başqa, 29 yaşlı vinger gələcəkdə başqa kluba satılarsa, məbləğin 10 faizi “Trabzonspor”a ödəniləcək.

Qeyd edək ki, Zubkov 2025-ci ildən Trabzon təmsilçisində çıxış edirdi. O, buna qədər “Şaxtyor”, “Ferentsvaroş” “Mariupol” klublarının formasını geyinib.

Zubkob Ukrayna millisində 43 oyunda 3 qol vurub.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner