“İnter”in AZAL-dan transfer etdiyi Tales Şüts Qol.Az-a müsahibə verib
- “İnter”ə keçidin necə baş tutdu?
- AZAL-la müqaviləm başa çatırdı. Elə oldu ki, “İnter”dən təklif gəldi və mən də qəbul etdim. Çünki bu komanda daha iddialıdır, üstəlik, avrokuboklarda oynayacaq.
- Kollektiv olaraq, yeni klubunu necə dəyərləndirərdin?
- “İnter” Azərbaycanın ən güclü klublarından biridir, özünəməxsus oyun dəsti-xətti var. Baş məşqçi Kaxaber Sxadadze də özünü sübut etmiş məşqçidir. İnanıram ki, seçimimə görə peşman olmayacam.
- Azərbaycanda özünü necə hiss edirsən, futbolumuzun səviyyəsi haqqında hansı fikirdəsən?
- Baxmayaraq ki, 1 ildir bu ölkədə yaşayıram, amma özümü çox yaxşı hiss edirəm. Bakı da yaxşı şəhərdi, çox xoşuma gəlir. Futbolun səviyyəsinə gəlincə, çempionat maraqlı keçir, bir çox klubların büdcəsi, heyəti yüksək səviyyədədir. Bir sözlə, şikayətə əsas yoxdur.
- “İnter” Avropa Liqasında çıxış edəcək və sən də bu komandanın heyətində debüt edəcəksən. Şansınızı necə qiymətləndirirsən?
- Şans həmişə var. Sadəcə, bundan düzgün istifadə etməlisən. Əgər yaxşı hazırlaşıb komanda olaraq öz potensialımızı ortaya qoya bilsək, uğur qazanacağımıza şübhə eləmirəm.
- Səncə, “İnter” Avropa Liqasının qrup mərhələsinə düşə bilər?
- Çətin də olsa mümkünsüz deyil. Əsas odur ki, qarşında hədəf olsun. Qarşında hədəf yoxdursa, oynamağına dəyməz.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı