“Bakı”nın baş məşqçisi Novruz Əzimov Qol.Az saytına müsahibə verib
- “Bakı”nın kubokun finalında “Neftçi”ni bu dərəcədə aşkar üstələməsi çoxları üçün gözlənilməz oldu. Sizcə, bunun səbəbi nədə oldu?
- Şəxsən mənim üçün gözlənilməz olmadı. Çünki “Bakı” oyuna daha hazırlıqlı idi. Meydanda da kimin nə gücü var, sona qədər ortaya qoydu, əsl əzmkarlıq nümayiş etdirdi. Nəticədə layiq olduğumuz mükafatı qazandıq.
- Amma etiraf edək ki, oyundan öncə heyətlə bağlı kifayət qədər ciddi problemləriniz var idi...
- Bəli, problemlərimiz var idi. Demək olar, heyətin yarısı zədəli-zədəli oynadı. Parks köhnə zədəsini təzələdi, oyunu yarımçıq tərk etməli oldu. Şoliçin sifətində sınıq var idi və hələ tam sağalmamışdı. Junior özü də zədəli idi, ağrıları var idi. Bununla belə, hamısı tam gücləri ilə oynayacaqlarını bildirdilər və həqiqətən də, öz oyunları ilə bunu sübut etdilər.
- Yəqin ki, klubun prezidenti Hafiz Məmmədovun müalicəsini yarımçıq qoyaraq Amerikadan bu oyunu izləmək üçün Bakıya qayıtması da komandaya əlavə ruh verdi...
- Şübhəsiz, Hafiz müəllimin stadionda olması komandaya çox böyük ruh verdi.
- Qələbəyə görə mükafat aldınız?
- Mükafat olacaq. Çünki “Bakı” rəhbərliyi həmişə futbolçuların zəhmətini yüksək qiymətləndirib. Düzdür, legionerlərimiz artıq vətənlərinə yola düşüblər, amma, hər bir futbolçu çəkdiyi zəhmətinin qarşılığını alacaq.
- Bəs, siz özünüz necə, postunuzda qalırsınız?
- Yaxın üç gün ərzində Hafiz müəllimlə görüşümüz olacaq və o görüşdən sonra bu suala da aydınlıq gələcək.
- Prinsipcə, üzərinizə düşən işi yerinə yetirdiniz. Nəzərə alaq ki, Starkovun bərbad günə qoyduğu bir komandanın sükanı arxasına keçmişdiniz. Ancaq maraqlıdır ki, kuboku qazansanız da, artıq mətbuatda yerinizə namizədlər göstərilir. Hətta “Karabükspor”dan ayrılan Bülənt Qorxmazın da adı o siyahıda var. Bu cür söhbətlərin yayılması sizə mənfi təsir etmir ki?
- Bilrsiniz, bu cür söhbətlər istənilən məşqçiyə pis təsir edir. Ölkənin ən tanınmış idman qəzetini açırsan, harda işsiz məşqçi var, hamısını Azərbaycana gətirir. Amma, bunlar məni ruhdan salmır. Sadəcə, bu cür söhbətləri yayanları başa düşmürəm. Sanki qəsdən, qərəzli olaraq, kiminsə sifarişini yerinə yetirirmiş kimi yayırlar. Özümü qoyuram kənara. Axı, futbolçulara da pis təsir edir. Təsəvvür edin, futbolçu qəzeti açır, bu məlumatı oxuyanda özü də çaş-baş qalır, bilmir ki, hazırkı baş məşqçisi postunda qalır, yoxsa onun yerinə başqası gəlir. Bu qarışıq beyinlə də meydana çıxıb mübarizə aparmaq çox çətindir. Sağ olsun, futbolçularıma minnətdaram ki, bütün kənar söhbətlərə baxmayaraq, meydana çıxıb layiqincə mübarizə apardılar. Zeynal müəllim, Nail müəllim də dəfələrlə demişdi ki, hər şeyə kubok oyunundan sonra aydınlıq gələcək. Ancaq bəzi mətbuat orqanları yenə öz yazdıqlarını yazırdılar.
- Belə başa düşdük ki, komandanın hazırlıq planı da klub prezidenti ilə görüşdən sonra tərtib olunacaq?
- Mən öz hazırlıq planımı tərtib etmişəm. Əgər postumda qalası olsam həmin plan öz təsdiqini tapacaq və ona uyğun olaraq, hazırlığa başlayacağıq.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək