Yankoviç oynadı, Monteneqro heç-heçə etdi

Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
DÜNYA FUTBOLU 6 İyun 2026 / 01:12 363
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi növbəti yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb. 

Slovakiya - Monteneqro - 2:2
Qollar:
Bozenik, 4 (1:0), Osmajiç, 44 (1:1); 66-pen., (1:2), Duda, 74 (2:2)

Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan Marko 69-cu dəqiqədə, hesab 2:1 Monteneqronun xeyrinə olarkən Milan Roqanoviçlə əvəzlənib. 


Son xəbərlər
topaz banner