2026-cı il futbol üzrə dünya çempionatının ən güclü və ən zəif qrupları müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə "Opta Analyst" məlumat yayıb.
Aparılan təhlillərə əsasən, Fransa, Seneqal, Norveç və İraqın yer aldığı I qrupu turnirin "ölüm qrupu" adını qazanıb. Bu qrupdakı ölkələrin orta çətinlik reytinqi 81,8 təşkil edib.
İkinci yerdə Portuqaliya, Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasından ibarət K qrupu qərarlaşıb (81,0).
Ən güclü üçlüyü isə Argentina, Əlcəzair, Avstriya və İordaniyanın mübarizə aparacağı J qrupu tamamlayır (80,5).
Reytinqə görə turnirin ən zəif qrupu isə B qrupu hesab olunub (70,9). Bu dördlüyə Kanada, Qətər, İsveçrə və Bosniya və Herseqovina daxildir.
Proqnozlaşdırılması ən çətin olan qrup kimi isə çətinlik dərəcəsinə görə beşinci yeri tutan D qrupu (78,3) seçilib. Bu, tərkibində yalnız ilk 50-likdə (top-50) qərarlaşan ölkələrin, Türkiyə, Avstraliya, Paraqvay və ABŞ-ın yer aldığı yeganə qrupdur.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi