“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi
- Artıq komanda Unibank Premyer Liqada son oyununu keçirdi və 2011/2012 mövsümünü başa çatdırdı. Sizcə, geridə qalan mövsümü nə dərəcədə qənaətbəxş hesab etmək olar?
- Əvvəlcə qeyd etmək lazımdır ki, komanda çətin bir mövsümü arxada qoydu. Geridə qalan müddət ərzində kifayət qədər uğurlu anlar da oldu, müəyyən zaman kəsiyində isə çətinliklərə də rast gəldik ki, bu da normaldır. Vacib qərarların verilməsini tələb edən məqamlar da oldu. "Xəzər Lənkəran"ın məqsədi heç zaman dəyişmir və dəyişilməz olaraq da qalacaq, komandamız hər zaman birincilik üçün oynayır. Lakin ayrı-ayrı faktorları da nəzərə alsaq, mövsümü müsbət şəkildə bitirdiyimizi söyləyə bilərik.
- Müsbət sonluğa gətirən səbəblər kimi hansı məqamları xüsusilə vurğulayardınız?
- Burada komandanın vacib məqamlarda toparlanıb öz gücünü göstərə bilməsi çox vacib rol oynayır, bu isə öz növbəsində "Xəzər Lənkəran"ın futbolçularının səviyyəsinin göstəricisidir. Həmçinin ümumilikdə klub olaraq görülən iş də özünü maksimal olaraq doğrultdu. Bir ay bundan öncə "Xəzər Lənkəran" çoxları tərəfindən artıq hesabdan silinmişdi və komandamızın Avropada çıxışı sual altına qoyulmuşdu. Lakin klub bu çətin durumda öz haqqını müdafiə etməyi bacardı və biz hesabımızdan əsassız olaraq silinən altı xalın qısa bir müddətdə qaytarılmasına müvəffəq olduq.
- Qarşıda “Xəzər Lənkəran”ı Avropa Liqasının təsnifat mərhələsində çıxış gözləyir. Bu istiqamətdə gedən hazırlıqlar barədə nələri qeyd edərdiniz?
- Sözsüz ki, "Xəzər Lənkəran" Avropa Liqasında ciddi olaraq hazırlaşır. Klub prezidenti tərəfindən məşqçilər korpusuna heyəti gücləndirmək üçün tam şərait yaradılıb. Artıq heyətin gücləndirilməsi istiqamətində konkret addımlar da atılıb.
- Komandanı tərk edəcək futbolçular və yeni transferlər barədə hər hansı qərarlar qəbul edilibmi?
- Bu, sırf baş məşqçi Yunis Hüseynovun səlahiyyətlərinə daxil olan məsələdir. Yaxınlarda konkret kimlərin komandaya gələcəyi, kimlərin isə klubla yollarını ayıracağı bəlli olacaq. "Qarabağ" üzərində qələbədən sonra klub prezidentinin razılığı ilə baş məşqçi Rumıniyaya yollanaraq orada yerli çempionatda çıxış edən müxtəlif futbolçuları izlədi. Bu futbolçular arasında ötən mövsüm komandamızın heyətində çıxış edən Manuel Skarlatake də var.
- Skarlatakenin artıq "Xəzər Lənkəran"ın futbolçusu olduğunu söyləmək olar?
- Futbolçunun Rumıniyanın "Dinamo Buxarest" klubu ilə qüvvədə olan müqaviləsi var. "Xəzər Lənkəran"la "Dinamo" arasında bu futbolçunun keçidi barədə danışıqlar isə müsbət nəticələnib. Tərəflər arasında artıq ilkin müqavilə də imzalanıb. Futbolçunun özü ilə müqavilə imzalandıqdan sonra isə Skarlatake rəsmən "Xəzər Lənkəran"ın oyunçusu olacaq.
- Hazırda gündəmdə olan digər bir məsələ isə yarımmüdafiəçi Julis Vobayın "Xəzər Lənkəran"ı tərk etməsidir. Bununla əlaqədar fikrinizi bilmək istərdik.
- Julis Vobay ötən ilin əvvəlində "Xəzər Lənkəran"a transfer edilib və klubla iki illik müqavilə imzalayıb. Yəni, futbolçunun müqaviləsi 2012-ci il 31 dekabr tarixdə başa çatır. Bu müqavilənin Azərbaycan və ingilis dilində versiyaları mövcuddur. Əlbəttə futbolçu özü də bu müqaviləni imzalayıb və bütün sənədlər notarial qaydada onun şəxsi iştirakı ilə təsdiqlənib. Müqavilənin bir nüsxəsi futbolçuda, bir nüsxəsi Notariat orqanında, bir nüsxəsi klubda və daha bir nüsxəsi də Peşəkar Futbol Liqasındadır. FİFA-nın Transfer Uyğunlaşdırma Sistemindən (TMS) 8 may tarixində etdiyimiz çıxarışda da oyunçunun son klubu kimi "Xəzər Lənkəran" göstərilir.
- Futbolçunun atdığı addımlarla bağlı klub öz şikayətini bildiribmi?
- Bu məsələ ilə bağlı artıq FİFA-ya müraciət etmişik. Əlimizdə olan bütün zəruri sənədlər ali futbol qurumuna təqdim olunub. Futbolçunun klubun icazəsi olmadan keçidi barədə FİFA-nın müvafiq qurumlarından izahat tələb etmişik. Bu oyunçunun klubda oynamasında artıq maraqlı deyilik. Lakin bununla belə, iddiamızda konkret tələblər özünü əks etdirib. Bura futbolçunun kluba maddi kompensasiya ödəməsi və onun müəyyən müddətə futboldan uzaqlaşdırılması daxildir. FİFA məsələni icraata götürdüyünü və prosesin getdiyini bizə bildirib. Onu da qeyd edim ki, mətbuatda bu məsələ birmənalı olaraq təqdim olunmur. Bəzi hallarda mübahisənin təfərrüatları həqiqətə uyğun olmayan formada göstərilir ki, bu da əbəs yerə əlavə gərginliyə səbəb olur. Bununla bağlı bir məqamı bildirməyimiz vacibdir ki, sözügedən mübahisə yalnız "Xəzər Lənkəran" və futbolçu Julius Vobay arasında mövcuddur. Digər tərəflərin buraya əlavə edilməsi qətiyyən düzgün deyil.
lankaranfc.com
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək