"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Hazırda komandada vəziyyət nə yerdədir?
- Bu gündən etibarən futbolçuları istirahətə buraxdıq. Özümüz isə iş başındayıq, işləyirik. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq və bu görüşdən sonra gələcək planlar da məlum olacaq.
- Komandanızda köklü dəyişikliklər baş verəcəyi haqda xəbərlər doğrudur?
- Dəyişikliklər olacaq, bu, qaçılmazdı. Amma deməzdim ki, qlobal dəyişikliklər olacaq.
- Hazırda rəsmən neçə futbolçu klubdan ayrılıb və daha neçəsinin ayrılması gündəmdədir?
- Rəşad Sadiqov, Georgi Adamiya və Nderim Necipi rəsmən “Qarabağ”dan ayrılıblar. Digər futbolçulardan kimin qalıb, kimin gedəcəyi isə hələ tam dəqiqləşməyib.
- Bəs, Rəşad Sadıqov “Qarabağ”da qalacaq?
- Bəli, Rəşad bizim futbolçumuzdur və müalicəsini başa çatdırdıqdan sonra “Qarabağ”ın düşərgəsinə qayıdacaq.
- Deyilənə görə, Rauf Əliyevə də kifayət qədər təkliflər var və daha yaxşı təklif müqabilində onu da sata bilərsiniz?
- Son vaxtlar təkcə Raufun yox, Əfranın da adı bu sırada hallanır. Ancaq sizə deyim ki, Raufun “Qarabağ”la 2014-cü ilə qədər müqaviləsi var. Təkliflərə gəlincə, əgər Avropadan sərfəli təklif olarsa, o zaman bu haqda müzakirələr gedə bilər. Çünki biz özümüz də klub olaraq, həmişə marağında olmuşuq ki, futbolçularımız daha güclü Avropa klublarında oynasın.
- “Qarabağ”ı həmişə transfer dönəmindəki qeyri-fəallığı ilə tənqid edirlər. Bu dəfə necə olacaq?
- Biz həmişə çalışırıq ki, etdiyimiz transferlər keyfiyyətli olsun. Təbii, bəzən hansısa futbolçunu alırsan öz potensialını tam aça bilmir. Amma həmişə olduğu kimi, bu dəfə də transfer məsələlərində olduqca diqqətli olmağa çalışacağıq.
- Növbəti mövsüm üçün qarşınıza çempionluq məqsədi qoyulub, yoxsa hələ hədəflər dəqiqləşməyib?
- Yox, hələ ki, bu məsələ müzakirə olunmayıb. Rəhbərliklə görüşdən sonra yəqin ki, növbəti mövsümlə bağlı hədəflər də müzakirə olunacaq.
- Qış transfer dönəmində heyətinizə qatdığınız Muarrem Muarremin ümidləri tam doğrultmadığını demək olar?
- Muarrem yaxşı futbolçudur. Sadəcə, problem onda oldu ki, o, qış toplanışını bizimlə keçə bilmədi. Ancaq hər oyundan-oyuna bu futbolçuda yaxşı tərəfə doğru irəliləyiş görürdük. Odur ki, növbəti mövsüm üçün Muarremə ümidlərimiz böyükdür və inanırıq ki, komandanın aparıcı futbolçularından birinə çevriləcək.
- Ən əsası, Qurban Qurbanov “Qarabağ”da qalacaq? Çünki son baş verənlərdən sonra sizin də klubu tərk edəcəyinizə dair mətbuatda məlumatlar getməyə başladı...
- (gülür) Hansı kluba keçəcəyimi yazıblar?
- “Bakı"ya keçəcəyinizi yazanlar oldu.
- “Qarabağ”da işləmək mənim üçün çox xoşdur. Eyni zamanda “Qarabağ”dan getmək də mənim üçün ən asan yoldu. Bu klubun rəhbərliyi ilə çox gözəl münasibətimiz var. Yenə deyirəm, komandadan getmək ən asan yoldur. Amma biz işimizə davam edib qarşımıza qoyduğumuz məqsədləri həyata keçirməliyik. Baxmayaraq ki, bizim də haqqımızda yersiz söhbətlər çıxaranlar, Qurban Qurbanovu kiməsə oyun satmaqda ittiham edənlər oldu. Bu cür söhbətlərə, ümumiyyətlə, reaksiya vermirəm. Çünki alnım açıq, üzüm ağdır. Sadəcə, onu demək istəyirəm ki, Qurban Qurbanov elitanı tərk edən klubun da baş məşqçisi ola bilər, amma heç vaxt çirkin işlərə getməz.
- Sonda. Bu il avrokuboklar “Qarabağ”sız olacaq. Demək olar bu, həm də digər klublar üçün sınaq olacaq. Yəni, “Qarabağ”ın yoxluğunda digər klubların Avropada nəyə qadir olduğu üzə çıxacaq?
- Öncə hər bir klubumuza avrokuboklarda uğurlar arzulayıram. Ümid edirəm ki, ən yaxşı tərəfdən Azərbaycanı təmsil edəcəklər. İki il öncə “İnter” yaxşı mənada yadda qaldı, səfərdə “Lex” kimi komandanı məğlub etsə də penaltilərlə məğlub olaraq, mübarizəni dayandırdı. Deməli, yüksək nəticələr əldə etmək mümkündür. Konkret sualınıza cavab olaraq isə onu deyim ki, “Qarabağ”ın yoxluğu digər klubların boynuna böyük bir məsuliyyət qoyacaq.
Anar XANLAROV
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi