“Neftçi” klubunun hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın son turunda doğma meydanda “Qəbələ”yə 0:1 hesabıyla məğlub oldunuz. Çempionluğunuzu bayram edən günü məğlubiyyət heç də yerinə düşmədi.
- Hələ iki tur öncədən çempionluğumuzu rəsmləşdirmişdik. Ona görə də, digər iki oyuna tam olaraq motivasiya olmamışdıq.
- Amma bu, azarkeşləri maraqlandırmır. Onlar komandadan hər oyunda qələbə gözləyir.
- Mən də razıyam ki, yaxşı olardı evdə “Qəbələ”yə qalib gələk. Lakin qismət deyilmiş. Neyləmək olar, alınmadı. Ancaq ən əsas iki il ard-arda çempionluğu qazanmaq idi. Azarkeşlər üçün hansı yaxşı olardı - çempionluğu iki tur qalmış rəsmiləşdirmək, yoxsa son tura saxlamaq? Bu, bir daha sübut edir ki, komandamız nəyə qadirdi.
- Qarşıdan gələn “Bakı”yla kubokun final oyunu barəsində nə düşünürsən. Səncə, “Neftçi” bu mövsüm qızıl dubl edə biləcək?
- “Bakı”yla final qarşılaşmamız çempionat oyunlarından tam fərqli olacaq. Artıq buna qədər qeydə alınan nəticələrin heç bir mənası yoxdur. Hər kəs yaxşı bilir ki, final oyunları başqa cür olur. Bu mövsüm bizə düşərli oldu. Mən inanıram ki, sonda sevinən tərəf biz olacağıq.
- Mövsümün sonunda müqavilənin müddəti başa çatır. Rəhbərlikdən sənə yeni müqavilə təklifi gəlib?
- Xeyr, Ümumiyyətlə, komandanın bir çox futbolçusu var ki, hələ rəhbərlik onlara müqavilə təklif etməyib. Onların da taleyinə mənim kimi kubok oyunundan sonra aydınlıq gələcək. Heç kim indiki durumda müqavilə haqda fikirləşmir. Hər kəsin diqqəti kubok oyunundadır.
- Rəhbərliyin səni klubda saxlamağa meyli varmı?
- İnşallah, qismət nədirsə, elə də olacaq.
- Başqa klublardan təklif almısan?
- Mövsüm bizim üçün hələ bitməyib. Vacib oyunlardan biri hələ bizi gözləyir. Mən elə bir futbolçuyam ki, irəlidə mühüm oyun ola-ola heç bir klubla danışıqlara getmirəm.
Əli HƏYATİ
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!