"Qarabağ" klubunun hücumçusu Georgi Adamiyanın Qol.Az saytına müsahibəsi
- Bu gün səfərdə "Xəzər Lənkəran"la mövsümün ən vacib qarşılaşmasına çıxacaqsınız. Oyuna hazırlıqlar necə keçir?
- Hər kəs bu oyunun vacibliyini yaxşı dərk edir. Çünki rəqibimiz çox güclü komandadır. Ona görə də bütün futbolçular məşqlərdə belə, özünü yaxşı tərəfdən göstərməyə çalışır. Hazırlıqlarımızın çox yüksək səviyyədə getdiyini söyləmək olar. Artıq “Qarabağ” görüşə hazırdı.
- Komandanın aparıcı oyunçusu kimi qələbə şanslarınızı necə görürsən?
- Mən heç zaman oyundan öncə komandanın qələbə şanslarını dəyərləndirməyi xoşlamıram. Mənim deməyimdən asılı olmayaraq, hər şey meydanda bilinəcək.
- "Xəzər Lənkəran"la oyunda “Qarabağ” ənənəvi olaraq öz futbolunu nümayiş etirəcək, yoxsa bir qədər ehtiyatlı davranaraq, daha çox nəticəni düşünəcək?
- Əvvəla, hər şey baş məşqçinin qarşımıza qoyduğu taktikadan asılı olacaq. Bunu daha dəqiq oyuna çıxanda biləcəyik. Digər tərəfdən isə komandanın uğur qazanması üçün nə vacibdirsə, onu da etməyə çalışmalıyıq.
- Lənkərandakı qarşılaşmada zədəli olan Əfran İsmayılov çıxış etməyəcək. Necə düşünürsən, onun yoxluğu komandanın oyununa təsir göstərəcəkmi?
- Əlbəttə, Əfran “Qarabağ”ın əsas simalarından biri hesab olunur. Onun zədəsi olduğu üçün bizə kömək edə bilməyəcək. Fikrimcə, onun yoxluğunu “İnter”lə oyunda o qədər də hiss etdirmədik. Çalışacağıq ki, Lənkəranda da bunun öhdəsindən layiqincə gələk.
- Mövsümün sonunda "Qarabağ"la müqavilən başa çatır. Gələcək karyeranla bağlı nə düşünürsən?
- Çox istəyərdim ki, karyeramı “Qarabağ”da davam etdirim. Yəqin ki, hansı qərara gələcəyimi “Xəzər Lənkəran”la qarşılaşmadan sonra biləcəksiniz. İndi bütün diqqətimi oyuna yönəltmişəm.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres