“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Avroliqada ilk oyunda olduğu kimi, ikinci matçda da “Banqa”ya böyük hesabla qalib gəldiniz. Oyun barədə fikirlərini bilmək maraqlı olardı.
- Səfərdə 4:0 hesabı ilə qələbə qazanmışdıq deyə, bəlkə də hamı düşünürdü ki, “Qarabağ” yüngül oynayacaq, ikinci heyəti meydana buraxacaq. Amma belə olmadı. Avroliqada bu ilk dəfə azarkeşlərimiz önündə oynayırdıq. Ona görə də oyuna yaxşı köklənmişdik. Qələbə qazanıb, xalqımızı sevindirmək istəyirdik. Allaha şükür ki, buna da nail olduq.
- Amma yəqin sən də razılaşarsan ki, ilk oyundan fərqli olaraq, ikinci görüşdə komandada müəyyən qədər arxayınçılıq hiss olunurdu.
- Əlbəttə, arxayınçılıq hiss olunurdu. İlk oyundakı böyükhesablı qələbəyə baxmayaraq, arxayınçılıq olmamasına çalışırdıq. Amma heç nə etmək olmur. 2:0-dan sonra arxayınçılıq özünü göstərdi. Çünki səfərdə 4, evdə isə 2 qol vurandan sonra 6 top fərqi ilə irəlidə olduğumuzu biləndə istər-istəməz arxayınçılıq olmalı idi. Bu da başadüşüləndir.
- Bəlkə növbəti mərhələdə “Streymur”la oyuna görə, özünüzü çox yormaq istəmirdiniz?
- Yox, mən belə deməzdim. Sadəcə, arxayınçılığa görə bir az sakitləşdik. İkinci yarının sonlarında lap sakitləşdik. Ona görə də rəqib hücumlar etməyə başladı. Daha çox hesabda irəli olduğumuz üçün arxayınlşadıq. Bir az da qarşıdakı oyunlara görə. İnşallah “Streymur”u da keçmək istəyirik. Ona görə də istəmirdik ki, sarı və ya qırmızı vərəqə alaq.
- Həm səfər, həm də ev oyununda qolla fərqləndin. Səncə, bir kapitan kimi vəzifəni tam yerinə yetirə bildin?
- Birinci təsnifat mərhələsində bəlkə də öz vəzifəmi yerinə yetirmişəm. Amma bununla hər şey bitmir. Azarkeşlərimiz haqlı şəkildə tələbkardırlar. Bizdən çox şey gözləyirlər. Ona görə də bir mərhələ ilə kifayətlənmək lazım deyil. Ən azı ötən ilki nəticələri təkrarlamaq istəyirik ki, bizim əvvəlki uğurlarımızın təsadüfü olmadığını görsünlər. Boşalmaq istəmirəm. 2 qol vurmuşam, komandam mərhələ adlayıb kimi fikirləri ağlıma gətirmək istəmirəm. Növbəti oyunlarda da bu uğurları təkrarlamaq istəyirəm ki, komandamız irəli getsin və xalqımız sevinsin.
- “Banqa” ilə səfər və ev oyunlarını müqayisə etsək, “Qarabağ” hansında daha yaxşı oynadı?
- Açığı, səfər oyununda daha yaxşı oynadıq. Çünki birinci oyun idi. Orada çox aqressiv oynayırdıq. Həmin oyuna daha çox köklənmişdik. Bu hesabda da öz əksini tapdı. 4 top vurduq. Amma bir neçə qol vəziyyətini də boşa verdik. Amma ev oyununda bir qədər boşaldıq. Mən deyərdim ki, Bakıda bir az zəif oynadıq.
- Səfər oyununda 4 top fərqi ilə qələbə əla nəticədir. Bu nəticədən sonra komandanı oyuna kökləmək çətin olmadı?
- Yox. Elə kollektiv yığmışıq ki, burada kimsə nəyisə izah eləməyə ehtiyac yoxdur. Əksəriyyəti yerli gənclərdir. Hamısı qələbə qazanmaq istəyirlər. Qələbədən doymurlar. Bir ildir Avroliqaya hazırlaşırıq. Bundan sonra onları oyuna kökləməyə ehtiyac yoxdur. Hamısı peşəkardır və üzərilərinə düşən məsuliyyəti yaxşı bilirlər.
- Rauf Əliyev və Əfran İsmayılov zədədən sonra ilk dəfə meydana çıxdı. Bu futbolçuların oyunu barədə nə deyə bilərsən?
- Rauf ağır zədədən sonra meydana çıxdı. Həkimlər 5-6 həftədən sonra sağalacağını demişdilər. Ancaq o, iki həftədən sonra məşqlərə başladı. Ona görə də Raufun əvvəlki formasından zəif çıxış edəcəyi gözlənilirdi. Baş məşqçimiz də bunu yaxşı başa düşürdü. Oyun praktikasını bərpa etmək üçün onu meydana buraxdı. İnanıram ki, qarşıdakı oyunlarda inamlı təsir bağışlayacaq. Bu söləri eləcə də Əfrana aid etmək olar. Əfran da Ankaradakı təlim-məşq toplanışında ciddi zədə aldı. Neçə vaxt idi ki, məşq etmirdi. “Banqa” ilə səfər oyunundan əvvəl də 4-5 gün məşq eləmədi. Əfran cəmi 3-4 gündür ki, məşqlərə başlayıb. Ona görə də bir az formasından uzaqdır. Mənə elə gəlir ki, hər ikisi oyunda-oyuna “artıracaqlar”.
- Yəqin ki, artıq “Streymur” barədə düşünürsünüz. Bu komanda barədə məlumatınız var?
- İnternet vasitəsilə bir neçə oyunlarından epizodlara baxmışıq. Bildiyimə görə, 4 ildir Avroliqada oynayırlar. Hətta Farer adalarının bir komandası İngiltərənin “Fulhem” komabndası ilə öz meydanında heç-heçə etməyi bacardı. Doğma meydanda yaxşı oynayırlar. Əsl ev komandasıdır. Kifayət qədər təhlükəli rəqibdir. Onların da avrokubok təcrübəsi var. Ona görə də ciddi hazırlaşırıq. Şanslar əllinin əlliyədir. Çalışacağıq ki, turu adlayan tərəf biz olaq. Səfərdəki oyundan sərfəli nəticə ilə qayıtmaq istəyirik.
RƏŞAD SADİQOV "BANQA" İLƏ OYUNDA
Yuxarı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər