"Sabah" Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"la qolsuz heç-heçə edib.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda sanki bir-birindən ehtiyat edirdi. Xüsusən də ilk hissədə...
- Keyfiyyətli rəqibə qarşı oynadıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. Hər iki komandanın müdafiə xətti yaxşı çıxış etdi. İlk hissədə rəqibi qapısına sıxışdırmışdıq. Həm birinci, həm də ikinci hissədə müdafiə xəttinin arxasına ötürmələr çox oldu. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik. Amma hər iki komandanın azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Avropa liqalarının oyunlarından heç də geri qalmırdı.
- Mərdəkan stadionu “Sabah” üçün Masazırdakından daha əlverişlidir? Şərait sizi nə dərəcədə razı salır?
- Şübhəsiz, yeni stadionumuz daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam, amma buradakı şərait və ot örtüyü ən yaxşılarından biridir. Məsafə də bizim üçün önəmlidir. Əvvəllər Masazıra getmək üçün bir saat yarım vaxt sərf edirdik. Yolda futbolçuların ürəyi də bulanırdı. İndi isə bura cəmi 15 dəqiqəyə çatırıq. Şərait daha yaxşıdır.
- Bir müddət əsas heyətdə çıxış edən Rəhman Daşdəmirov indi az oynayır. Rəqabətdə uduzur?
- Rəhman indiyə qədər çox vacib işlər görüb. Bu mövsüm 50-dən çox oyunumuz olacaq və bəzi mövqelərdə rotasiya etməliyik. O, bizim üçün çox önəmli futbolçudur. Gələcəkdə yenidən meydanda görə bilərik.
- “Sabah”ın futbolçularına cəlbedici təkliflər gəlsə, bu, komandaya təsir edə bilər?
- Belə təkliflər olsa, çox sevinərəm. Bu, futbolçularımızın və klubumuzun səviyyəsini, gördüyümüz işin keyfiyyətini göstərər. Bununla fəxr edərəm. Müqavilələr əbədi deyil, bəzən yeni oyunçular axtarmalı olacağıq. Gedən futbolçuların yerini gücləndirməyə hazır olmalıyıq.
- “Borussiya” və “Qarabağ”a qarşı oyunlar arasında hansı fərqlər var?
- Hər iki komandanın oyun üslubu fərqlidir. “Borussiya” üçlü müdafiə ilə oynayır, hücumda say üstünlüyü yaradırdı. “Qarabağ”ın isə topla çıxışı fərqlidir. Hər rəqibə uyğun hazırlaşmağa çalışırıq. İndi bu oyun geridə qalıb, “Turan Tovuz”la matçı düşünəcəyik.
Futbolçularım möhtəşəmdir. Vaxtımız az olsa da, onlara lazımi detalları çatdırmalıyıq. Bəzən cəmi bir məşqimiz olur. Bu müddətdə pressinqi, hücumları və standart vəziyyətləri işləmək çətindir. Buna baxmayaraq, futbolçularım tapşırıqları tez mənimsəyirlər. Onlara təşəkkür edirəm.
- Çempionluq mübarizəsində əsas rəqibləriniz “Neftçi” və “Qarabağ”la oyunlarda qol vura bilmədiniz. Bu nəticələrdən narazısınız, yoxsa özünüzü 4 xal itirmiş hesab edirsiniz?
- Bu barədə danışmaq hələ tezdir. Cəmi 8 oyun keçirilib. Rəqiblərimiz də xal itiriblər. Məni yalnız qələbə razı sala bilər, amma böyük məyusluq da yoxdur. Bəzi dəyişikliklər etmişdik və çətin dövrdən keçirik. Qrafikimiz sıx idi, amma bundan şikayət edə bilmərik. Çünki Çempionlar Liqasında oynamaq istəyirdik.
Bu mövsüm çempionluq mübarizəsi ötənilkindən daha çətin olacaq. “Neftçi” və “Qarabağ”ın yarışda olacağına şübhəm yoxdur. Futbolçularının gözündə bu istəyi görürəm. Belə rəqabətli oyunlar bizi daha da inkişaf etdirir. Ötən mövsüm “Qarabağ”la qarşılaşmalardan çox şey öyrəndik. Bu komanda güclü mentalitetə malikdir.
“Turan Tovuz”, “Zirə”, “Şamaxı” kimi komandalarla oyunlar da asan deyil. Gəncədə “Kəpəz”ə qarşı oynamaq hansı komanda üçün rahatdır? Qarşıda 25 oyun var və gələcəkdə nələrin olacağını bilmirik. Bizim üçün ən vacib oyun növbəti qarşılaşmadır.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi