“Qalatasaray” UEFA-ya müraciət edəcək

“Qalatasaray” UEFA-ya müraciət edəcək
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 00:26 358
-  A +

“Qalatasaray” UEFA Çempionlar Liqasının 3-cü turunda “Lill”lə keçirəcəyi oyun öncəsi nümayəndə heyətinin və azarkeşlərinin təhlükəsizliyinin təmin olunması üçün UEFA-ya rəsmi müraciət etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə “Dogan” nəşri məlumat yayıb.

Görüş oktyabrın 21-də Fransada, “Dekatlon Arena – Pyer-Morua” stadionunda keçirilməlidir.

İstanbul təmsilçisi Fransada son günlər baş verən etirazları nəzərə alaraq səfərə yollanacaq komanda üzvlərinin və azarkeşlərin təhlükəsizliyinin gücləndirilməsini istəyir. Bildirilib ki, klub bu məsələ ilə bağlı Fransanın Türkiyədəki səfirliyi və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır.

“Qalatasaray” oyunun başqa məkana köçürülməsini tələb etmir. Klub yalnız təhlükəsizlik tədbirlərinin gücləndirilməsində maraqlıdır.

Məlumata əsasən, oxşar təhlükəsizlik tədbirlərinin PSJ ilə “Barselona” arasında keçiriləcək matçla bağlı da gündəmə gələcəyi gözlənilir.


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner