Cüdoçumuz finala çıxdı - Dünya çempionatı

Cüdoçumuz finala çıxdı - Dünya çempionatı
CÜDO 10 Oktyabr 2026 / 14:57 1935
-  A +

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.

Kişilər

+100 kq çəki 

Uşanqi Kokauri əvvəlcə 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan), 1/8 finalda isə Jakub Sordylə qalib gəlib və 1/4 finala çıxıb. O, 1/4 finalda digər Azərbaycan cüdoçusu Kamran Nəsibovla qarşılaşıb və qalib gəlib. O, yarımfinalda isə Martti  Pauumaleyneni məğlub edib. Kokuari finalda Rusiya idmançısı İnal Tasoyevlə görüşəcək.

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə isə Muzaffarbek Turoboyevə (Türkmənistan) məğlub edərək 1/4 finala çıxıb. O, bu mərhələdə Jur Spijkersə (Niderland qalib gələrək yarımfimala yüksəlib. O, yarımfinalda İnal Tasoyevə uduzub.

Qamzatxanov və digər Azərbaycan cüdoçusu Kənan Nəsibov bürünc medal uğrunda bir-biri ilə qarşılaşacaq.

Medal uğrunda görüşlər saat 18:00-da başlanacaq.

Qadınlar

+78 kq çəki 

Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.

Sabah çempionatda komanda yarışları təşkil olunacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner