Zelim Kotsoyev Adamyana qarşı - Yenilənir

Zelim Kotsoyev Adamyana qarşı - Yenilənir
CÜDO 9 Oktyabr 2026 / 12:07 1794
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxıb.

100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medal uğrunda mübarizəyə qoşulub. Onun ilk rəqibi 1/32 funalda Baymurad Bajanov (Türmənistan) olub. Zelim rəqibinə ipponla qalib gələrək 1/16 finala yüksəlib.

O, növbəti mərhələdə Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib və ipponla qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. Kotsoyev bu mərhələdə Rusiyanı təmsil edən erməni əsilli güləşçi Arman Adamyanla qarşılaşacaq.

5 medalımız var

Hazırda Azərbaycan millisinin aktivində 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidir.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner