Kiyev “Dinamo”sunun əfsanəvi futbolçularından olmuş Oleq Kuznetsov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, “Ukrainskiy futbol” nəşrinə danışan veteran müdafiəçi Bakıda “Dinamo”nu çətin qarşılaşmanın gözlədiyini deyib:
“Oyunun çətin olacağını demək üçün falçıya getməyə ehtiyac yoxdur. “Qarabağ” öz meydanında, ilk dəqiqələrdən hücum etmələrini tələb edəcək azarkeşlərinin dəstəyi ilə oynayacaq. Əminəm ki, cavab matçı ilk görüşdən daha aqressiv keçəcək. İnternetdə oxuduğuma görə, ilk oyundan əvvəl azərbaycanlı jurnalistlər və ekspertlər, demək olar, yüz faiz “Qarabağ”ın qalib gələcəyinə əmin idilər və yalnız hesabın necə olacağını düşünürdülər.
Amma hamımız gördük ki, indiki “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında səs-küy yaradan komanda deyil. Azərbaycan klubu bir neçə aparıcı futbolçusunu satıb və onların yoxluğu hiss olunur. İlk növbədə Şotlandiyanın “Seltik” klubunun 5,5 milyon avroya aldığı hücumçu Durandan söhbət gedir”.
Kuznetsov ilk görüşdə əldə olunan 1:0 hesablı üstünlüyə baxmayaraq, “Dinamo”nun Bakıda yalnız müdafiə olunmasını düzgün hesab etmədiyini bildirib:
“Görünür, “Dinamo” ehtiyatlı oynayacaq. Amma bilirsiniz, mən hələ oyunöncəsi tapşırıq zamanı “öz cərimə meydançamızda oturub yalnız müdafiə olunacağıq” deyən məşqçi görməmişəm. Böyük ehtimalla, əsas diqqət müdafiəyə yönələcək, amma bu, qapalı müdafiə olmayacaq. Sürətli əks-hücumlara üstünlük veriləcək”.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” cavab oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq. İlk görüşdə Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”