Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ukraynalı futbolçu qarşılaşmanın çətin keçəcəyini bildirib:
"Düşünürəm ki, bizi çətin oyun gözləyir və əsas məqsədimiz qələbə qazanmaqdır. Ötən mövsüm rəqibimizi izləmişəm və onların necə komanda olduğunu yaxşı bilirik. Qarşıda maraqlı və eyni zamanda çətin qarşılaşma var. Oyuna ciddi hazırlaşmışıq. Tezliklə meydana çıxaraq son hazırlıqlarımızı keçirəcəyik və rəqibimizi bir daha nəzərdən keçirəcəyik. İnanıram ki, yaxşı və maraqlı oyun olacaq".
Xatırladaq ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə “Dinamo”ya 0:1 heabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”