Kiyev "Dinamo"sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycanla bağlı təəssüratlarını da bildirib: "Şəhəriniz və insanlarınız bizdə xoş təəssürat yaratdı. Ölkəmizə göstərdiyiniz dəstəyi hiss etdik".
Kostyuk "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun komandadakı uzunmüddətli fəaliyyətini də dəyərləndirib:
"Qurban Qurbanov uzun illərdir bu komandadadır. Artıq burada müəyyən oyun sistemi formalaşdırıb. Komanda mütəmadi olaraq avrokuboklarda iştirak edir və bu səviyyədə kifayət qədər təcrübəyə malikdir. Düşünürəm ki, bütün bunlar qarşıdakı oyunu daha maraqlı və rəqabətli edəcək".
Baş məşqçi heyətdə itkilərin olub-olmamasına da aydınlıq gətirib:
"İtkilər əvvəlki oyundakı kimidir. Başqa itkilərimiz yoxdur".
Xatırladaq ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə “Dinamo”ya 0:1 heabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”