"Sabahın ulduzları" yarışından təkcə futbolçular deyil, hakimlər də çıxırdı. Bu turnir Azərbaycan futboluna bir çox tanınmış simanı qazandırıb".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın ulduzları” layihəsi çərçivəsində tədbirdəki çıxışında bildirib.
"Ümumən uşaq futbolu bizim yaralı yerimizdir. Gəlin, gerçəyi deyək. Neçə illərdir danışırıq, amma problemlər hələ ki, mövcuddur və yaxşılığa doğru dəyişmir. Amma həqiqətən, böyük layihələr var. Biz Cahangir müəllimlə (AFFA-nın baş katibi Cahangir Fərəcullayev nəzərdə tutulur - red.) hər dəfə istəyirik ki, əsas milli komanda haqda söhbət edək. Amma söhbətimizin 15-ci dəqiqəsindən sonra uşaq futboluna keçirik və görürük ki, artıq iki-üç saatdır uşaq futbolundan danışırıq. İnşallah, ümid edirəm ki, bu layihələr həyata keçəcək".
A.Abbasov həmçinin deyib: "Bu gün Azərbaycan futbolunda çox şeyi dəyişmək lazımdır. Çünki klublarımızın üzərinə böyük iş düşür. Bu gün deyirik ki, hər şeyi AFFA həll etməlidir, uşaq yetişdirməlidir. Məncə, bu fikri dəyişmək lazımdır. Futbolçuları klublar yetişdirir. Nə vaxta qədər klublarda məcburi lisenziya almağa görə yaş qrupunu saxlayacağıqsa, akademiyalara biganə yanaşacağıqsa, bizim yerli futbolçularımız həmişə legionerlərə uduzacaq.
Şərait baxımından mütləq akademiyalarımıza dəstək, məşqçilərimizə dəstək lazımdır. Bu gün uşaq məşqçilərimiz öz potensialını açmaq üçün təcrübə yığmalı, xarici ölkələrə getməlidirlər. Əlbəttə, burada maliyyə önəmlidir. Biz A komandaya, yəni Premyer Liqa komandalarına ayrılan büdcənin az bir hissəsini aşağı yaş qruplarına da ayıra bilsək, inanın ki, bir neçə ildən sonra bunun bəhrəsini görəcəyik".
A.Abbasov deyib ki, bu gün milli komandaya oyunçu seçimində çox çətinlik çəkirlər: "Futbolçu sayı günü-gündən azalır. Vəziyyəti dəyişmək üçün haradansa başlamaq lazımdır. Yəni bu gün təslim olmaq olmaz. Futbol mübarizədir və belə turnirlər vacibdir. Təəssüf ki, bizdə akademiyalar çempionat bitəndən sonra 2-3 ay istirahət edir. Amma bu, yanlışdır. Çünki yadımıza salsaq, biz gənc olanda həmişə yay tətilində yay düşərgələri adlı layihələr var idi və uşaqlar orada futbolla məşğul olmağı davam edirdi. Çünki inkişaf etmək üçün birinci oyun təcrübəsi lazımdır.
Bu gün turnirlərin sayı nə qədər çox olsa, inanın ki, futbolçular da artacaq. Və ümid edirəm ki, belə turnirlər bölgələrimizdə də keçiriləcək. Çünki buna ehtiyac var. Bölgələrimizdə bu turnirlərin olması daha faydalı olar.
Hər kəsin bir arzusu var: uşaq futbolu tez bir zamanda istədiyimiz səviyyəyə qalxsın. Və buna inanırıq. Əl-ələ verib öhdəsindən gələcəyik".
Aysu Orucova
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi