"Uşaq futbolu AFFA-nın ən önəmli sahəsidir. Bizim gələcəyimiz uşaq futboludur, sabahın futboludur. Atılan addımların ən vacibi də məhz budur".
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev AFFA və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın ulduzları” layihəsi çərçivəsində tədbirdəki çıxışında bildirib.
O, bu istiqamətdə həyata keçirdikləri üç böyük məqamı qeyd edib: "Məktəbli kuboku", "İ-Ball" çempionatı və "Sabahın ulduzları" turniri: "Məktəbli kuboku". Bu, 30 minə yaxın şagirdin - 2 kateqoriya - həm oğlanların, həm də qızların iştirak etdiyi nəhəng bir yarış idi.
Bu böyük yarışın əhəmiyyəti isə odur ki, turnirin finalına şəhər mərkəzlərinin komandaları deyil, bütün Azərbaycanı əhatə edən böyük seçimlərdən keçən Zaqatalanın kənd komandası vəsiqə qazanmışdı. İkinci böyük layihəmiz yenilikçi "İ-Ball" çempionatıdır. Bu çempionat çərçivəsində uşaqların meydançada etdikləri futbol hərəkətləri, fəndlər yaxından izlənilir və trend səviyyəsinə qaldırılır".
Baş katib deyib ki, bu sistem 14 yaşlı uşaqlar üçün xüsusi profillər yaradır: "15 yaşından etibarən isə onlara öz vizual və texniki bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün əla şərait yaradılır. Bu platforma uşaqlarımızın Avropaya çıxması üçün güclü bir zəmin yaradır.
Nəhayət, üçüncü - "Sabahın ulduzları" turniri. U-14, U-15 yaş qrupları üzrə 24 komandanın mübarizə aparacağı bu yarışdakı uşaqlar bizim futbolun gələcəyidir. "Sabahın ulduzları" turnirinin ümumi potensialı olduqca böyükdür. Əsas planımız odur ki, bir neçə il ərzində bu turniri daha yüksək səviyyəyə çatdıraq və beynəlxalq statuslu bir yarışa çevirək. Bu yolda bizə dəstək olan "Apex" şirkətinə böyük minnətdarlığımızı bildiririk. Biz dərk edirik ki, bu, uzunmüddətli və olduqca iri miqyaslı bir layihədir. Hər bir addımımızı bu günün deyil, gələcək uğuru üçün atırıq".
C.Fərəcullayev "Sabahın ulduzları" yarışının gələcəyinə də toxunub: "Sabahın ulduzları" deyərkən biz sırf bu günü nəzərdə tutmuruq. Əsas məqsədimiz odur ki, bu uşaqlar 4-5 ildən sonra artıq beynəlxalq arenalarda oynasınlar. Atılan bu addımların bəhrəsini növbəti illərdə mütləq görəcəyik. Hazırda komandamızda zəngin karyeraya malik texniki direktor Edmond Klaus var. Onun təcrübəsi və ideyaları bizim üçün çox əhəmiyyətlidir. İnanırıq ki, bu sistemli addımlar bizə çox yaxşı nəticələr verəcək".
Aysu Orucova
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi