“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?

“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
ÇEMPİONLAR LİQASI 7 İyul 2026 / 23:09 1866
-  A +

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib. Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. “Vardar”ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.

Qeyd edək ki, “Sabah” TNS səddini aşacağı halda, məhz “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner