ABŞ, Kanada və Meksikada futbol üzrə dünya çempionatı həlledici mərhələyə daxil olduğu bir vaxtda UEFA-nın Avropa kubokları uğrunda yarışları da başlayır.
QOL.az-ın məlumatına görə, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinə start veriləcək. Yarışlarda mübarizə aparacaq dörd klubumuzdan üçü - "Sabah" (ÇL), "Qarabağ" (AL) və "Zirə" turnirə məhz bu həftə qoşulacaq.
"Neftçi" isə yalnız ikinci mərhələdən (ilk oyun 23 iyulda) başlayacaq.
Birinci mərhələdə "Sabah", "Qarabağ" və "Zirə" ilk matçlarını evdə keçirəcək və oyunlar ayrı-ayrı günlərdə baş tutacaq: 7, 8 və 9 iyul. Bu o deməkdir ki, ardıcıl üç gün ərzində biz hər bir klubumuzun oyununu izləyə biləcəyik.
"Sabah"

Bu, 2025/26 mövsümündən tarixində ilk dəfə Azərbaycan çempionu olmuş "Sabah" üçün Çempionlar Liqasında debüt oyunu olacaq.
Rəqib Uels təmsilçisi TNS-dir (The New Saints). Masazır qəsəbəsi stadionunda keçiriləcək bu qarşılaşma iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Oyunun baş hakimi Polşa Futbol Federasiyasından Patrik Qrutskeviçdir.
"Qarabağ"

12 dəfə Azərbaycan çempionu olan Ağdam təmsilçisi bu dəfə Çempionlar Liqasında deyil, UEFA-nın statusuna görə ikinci klub turniri olan Avropa Liqasında oynayacaq və yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq.
"Qarabağ"ın rəqibi İslandiyanın "Vestri" komandasıdır. "Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.
İyulun 9-da, "Tofiq Bəhramov" adına Respublika stadionunda. Matçın başlanğıc saatı 20:00, baş hakimi isə Roman Jitardır (Moldova).
"Zirə"

Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" yenə Konfrans Liqasında yarışacaq. Rəqib Kutaisi "Torpedo"su 2025-ci ildə Gürcüstan çempionatını 3-cü yerdə başa vurduğu üçün 2026/27 UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Bu oyun da yerli vaxtla saat 20:00-da start götürəcək. Oyunu Finlandiyadan olan referi Yoni Xyuyutiya idarə edəcək.
Əlavə edək ki, mübarizəyə birinci mərhələdən başlayan klublarımızın cavab oyunları gələn həftə keçiriləcək.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq