Seneqal millisində itki: İraqla oyunu buraxacaq

Seneqal millisində itki: İraqla oyunu buraxacaq
DÇ-2026 24 İyun 2026 / 12:55 279
-  A +

Seneqal millisinin qapıçısı Éduard Mendi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda İraqla keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu haqda yığmanın sosial şəbəkə hesablarında məlumat yayılıb.

34 yaşlı qolkiper dizindən aldığı zədə səbəbindən qarşıdakı oyunu buraxacaq. Mendinin zədəsinin ağırlıq dərəcəsini müəyyənləşdirmək və turnirdə iştirakını davam etdirib-etdirməyəcəyinə qərar vermək üçün əlavə tibbi müayinələr aparılacaq.

Qeyd edək ki, təcrübəli qapıçı Norveçlə keçirilən və Seneqalın 2:3 hesabı ilə uduzduğu görüşdə sol dizindən zədələnib. O, matçın 63-cü dəqiqəsində əvəzlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner