Yay transfer pəncərəsi dövründə heyətinə artıq 3 futbolçu cəlb etmiş “Qarabağ” yaxın vaxtlarda ən azı daha üç oyunçunun keçidini rəsmiləşdirəcək.
QOL.az saytına daxil olan xəbərə görə, Zakaria Savo, Jali Muaddib və ən son dünən Samuel Lobatonun transferini rəsmiləşdirmiş Ağdam təmsilçisi yeni hücumçu ilə anlaşmaq üzrədir. Hələlik adını dəqiqləşdirə bilmədiyimiz həmin hücumçu legionerdir.
Daha bir futbolçu isə müdafiənin sol cinahına alınacaq. Bu əcnəbi oyunçusu isə Elvin Cəfərquliyevin əvəzləyicisi olacaq. Cəfərquliyevin yeni mövsümü digər bir klubda davam etdirəcəyi dəqiqləşib.
Bundan başqa, artıq məlumat verildiyi kimi, Kevin Medina da “Qarabağ”ı tərk edib. 33 yaşlı kolumbiyalının 2020-ci ildən çıxış etdiyi Ağdam klubundan ayrılaraq Malayziyanın “Johor” komandasına keçəcəyi bildirilir. “Qarabağ”dan QOL.az-a daxil olan xəbərə görə, Medina üçün sərfəli təklif olub. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.
Onun getməsi ilə komandaya yeni mərkəz müdafiəçisinin alınması zərurətə çevrilib. Artıq “Qarabağ”ın seleksionerləri bu mövqe üzrə də futbolçu axtarışındadır və yayda həmin mövqeyə də oyunçu alınacağı dəqiqləşib.
Xatırladaq ki, “Qarabağ” bu yay Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yolları ayırıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər