“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 32-ci turunda "Zirə"yə məğlub olduqları matçdan (1:2) sonra oyun barədə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə rəğmən komandasının meydandakı əzmkarlığından və nümayiş etdirdiyi xarakterdən razı qaldığını bildirib:
"Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bu gün meydana gənc oyunçularla çıxdıq və bu matç uşaqlar üçün böyük bir məktəb oldu. Təbii ki, xal da qazana bilərdik, amma təəssüf ki, alınmadı. Hesab edirəm ki, komanda bu gün öz maksimumunu etdi. Komandam haqqında heç bir mənfi söz deyə bilmərəm, çünki uşaqlar meydanda bütün potensiallarını ortaya qoydular".
Mütəxəssis turnir cədvəlindəki mövqelərinin önəmini və son turla bağlı hədəflərini açıqlayıb:
"Çempionatı 6-cı, yaxud 7-ci yerdə başa vurmaq heç də eyni deyil. Qarşıdakı matç mövsümün son oyunu olsa belə, bizim üçün çox vacibdir. Son oyunumuz "Qarabağ"a qarşı Sumqayıtda olacaq. Maksimum performansımızı ortaya qoymağa çalışacağıq".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı