"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 32-ci turunda "Qarabağ"a məğlub olduqları matçdan (0:3) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, müstəxəssis məğlubiyyətə rəğmən gənc oyunçulara ayrılan xüsusi rolu ön plana çəkib:
"Matçın ilk hissəsində meydanda bərabərsəviyyəli mübarizə getdi. "Qarabağ"ın hücumda daha çox vaxt keçirməsinə baxmayaraq biz də əks-hücumlarda yetərincə kəsərli idik. Heyətdəki zədəli futbolçuların çoxluğuna rəğmən, müdafiə xəttimiz ilk 45 dəqiqədə özünü tam doğrultdu. Ancaq ikinci hissənin əvvəlində buraxdığımız erkən qol planlarımızı pozdu. Vəziyyəti dəyişməyə çalışsaq da, qapımızda gördüyümüz ikinci qol komandanı həvəsdən saldı. Son 20 dəqiqə tamamilə rəqibin nəzarəti altında keçdi və yekun hesabın oyunun məntiqinə tam uyğun olduğunu düşünürəm. 'Qarabağ'ı həm qələbə, həm də Avropa Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm.
Fasilədən sonra meydanda gənc və yerli oyunçularımıza şans verdik. Bu cür böyük rəqiblərə qarşı oynamaq onların inkişafı və gələcək karyerası üçün əvəzedilməz təcrübədir. Artıq üç tur əvvəl əsas hədəfimizə çatdığımızı nəzərə alsaq, bu gənclərə şans yaratmaq bizim birbaşa vəzifəmizdir. Bütün komandamı mübarizəyə görə təbrik edirəm, qalan turlarda da gənclərin potensialından maksimum istifadə etməyə çalışacağıq".
Baş məşqçi komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə aydınlıq gətirib:
"Haqqımda yayılan bu cür xəbərlər əsassızdır və həqiqəti əks etdirmir. Hazırda mənim üçün yeganə prioritet məsələ bütün diqqətimi son tura qədər "İmişli"nin uğurlu çıxışına yönəltməkdir. Əsas hədəfim qalan matçları da yüksək səviyyədə, yaxşı nəticələrlə başa vurmaq və mövsüm bitdikdən sonra Portuqaliyaya qayıtmaqdır".
Mütəxəssis zədəli Sinenkanın vəziyyətindən danışıb:
"Sinenka hazırda bizimlədir və məşq proseslərində iştirak edir. Amma zədəsinə görə necə olacağı bilinmir".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?