“Qarabağ”ın futbolçusu Meksika millisinə qol vurdu - Video

“Qarabağ”ın futbolçusu Meksika millisinə qol vurdu - Video
XƏBƏR 15 Noyabr 2026 / 11:14 737
-  A +

KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Renaldo Sefasın üzvü olduğu Yamayka yığması öz meydanında Meksikanı 3:2 hesabı ilə məğlub edib.

Sefas da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan vinger 75-ci dəqiqədə əvəzlənib. O, komandasının ikinci qolunun müəllifi olub. 26 yaşlı futbolçu 46-cı dəqiqədə hesabı 2:0 edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 18-də keçiriləcək.

Sefasın qoluna videonun 00:50-ci dəqiqəsindən baxa bilərsiniz


Qarabağ FK
Son xəbərlər
topaz banner