Ronaldinyo 46 yaşında da heyrətləndirdi - Video

Ronaldinyo 46 yaşında da heyrətləndirdi - Video
VİDEO 15 Noyabr 2026 / 07:51 152
-  A +

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.

QOL.az xəbər verir ki, 46 yaşlı futbol əfsanəsi İtaliyanın 3-cü liqasında mübarizə aparan “Ravenna” klubunun heyətində rəsmi oyuna çıxacaq.

Ronaldinyo artıq komandanın məşqinə qatılıb.

Braziliyalı sabiq futbolçu daha əvvəl Çipriani ailəsi ilə birlikdə “Ravenna”nın layihəsinə qoşulmuş və klubun heyətində bir rəsmi matç keçirəcəyinə söz vermişdi.

Məlumata görə, Ronaldinyo noyabrın 16-da “Forli”yə qarşı keçiriləcək çempionat oyununda meydana çıxacaq.

Qeyd edək ki, Ronaldinyo oyun öncəsi açıq məşqdə medianın diqqət mərkəzində olub. 46 yaşlı braziliyalının topu ustalıqla saxlaması isə hamını heyrətləndirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner