Bu gün Misli Premyer Liqasında 32-ci tur çərçivəsində "Araz-Naxçıvan" doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
QOL.az spotal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb:
"Bu qalibiyyət münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün biz müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdə idi".
- Turnir cədvəli ilə bağlı bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyir?
- Başa düşürəm ki, bu mövsüm yaxşı keçmədi bizim üçün. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Mən həmişə öz futbolçularıma deyirəm ki, hər oyun bir şansdır. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdur. Onlar özləri də başa düşürlər ki, bu matçlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.
- Bəs özünüzün motivasiyası varmı?
- Şəxsi olaraq da, yaxşı bir mövsüm keçirə bilmədim. Komanda bir gəmidir. Burada həm futbolçular var, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı