"Bizim üçün çox çətin və ağır oyun alındı. Bu, gözlənilən idi, çünki "Qarabağ"a qarşı iki vacib və gərgin matç keçirmişdik. Həmin görüşlərdə çox enerji itirdiyimiz üçün bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynasaq da, ikinci hissədə daha çox qol fürsətlərimiz oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 29-cu turunda "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Baş məşqçi azarkeşlər üçün baxımlı oyun alınmadığını vurğulayaraq vacib 3 xal qazandıqlarını diqqətə çatdırıb:
Fasilədən sonra meydana daha enerjili daxil olduq və qələbəni daha çox istəyən tərəf biz idik. Meydanda hər iki komanda 10 nəfərlə qalanda topa daha çox nəzarət etməyə çalışdıq. Rəqibin risk edəcəyini gözləsəm də, onlar buna getmədilər və yenə 5-4 sisteminə sadiq qalaraq hücumçusuz çıxış etdilər. Düzdür, azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı, lakin hər matçı eyni yüksək tempdə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq və yolumuza davam edirik. İndi qısa müddətdə bərpa olunub "Şamaxı" ilə oyuna köklənməliyik".
Mütəxəssis son vaxtlar az şans qazanan hücumçu Xəyal Əliyevin durumu və start heyətində yer almaması barədə sualı komandadakı güclü rəqabətlə izah edib:
"Komandada ciddi rəqabət var. Çox yaxşı heyətə və hücumda güclü oyunçulara sahibik. Əgər qələbə qazanırsansa, hücum xəttini dəyişmək çətin olur. Amma onu deyə bilərəm ki, Xəyal bu mövsüm bizə çox fayda verib. Xüsusilə də Mikelsin yoxluğunda çox inamlı çıxış etdi. O, əsas hücumçuya çevrilmək üçün öz üzərində daha çox işləməli və dayanmadan çalışmalıdır. Təbii ki, komandada digər güclü hücumçuların da olduğunu nəzərə alsaq, bu, asan deyil.
Xəyalı yaxşı başa düşürəm. Onun davranışı, işinə yanaşması və döyüşkənlik ruhu mənim çox xoşuma gəlir. Bəzən elə matçlar olur ki, bizə ikinci mərtəbədə, yəni başla yaxşı oynayan hücumçu lazım gəlir və o zaman məhz həmin xüsusiyyətlərə malik oyunçudan istifadə edirik. Bu, mənim qərarımdır və mən qərarımın arxasındayam. İnanıram ki, Xəyal öz üzərində çalışmağa davam etsə, gələcəkdə həmişə oynamaq imkanı əldə edəcək".
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
"Kristal Pelas"da yeni baş məşqçi
İspaniya - Kabo-Verde matçının ən yaxşısı oldu
Belçika - Misir: Heyətlər
"Şəfa"da daha üç ayrılıq
"Real"ın yeni qapıçı hədəfi
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
"Uduzuramsa, otağımdan belə çıxmaq istəmirəm"
Daha 5 il "Mançester Siti"də
Covannidən sonra Vircil van Deyk bunu bacardı
Mundial tarixinin ən sürətli 2-ci qolu
Yaponların baş məşqçisindən "şifrəli" metod - Şəkillər
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
"Atalanta" yeni baş məşqçisini açıqladı
Yığmanın kapitanı mətbuat konfransında iştirak etməyəcək
"Feyenoord"un yeni baş məşqçisi bilindi
Van Deyk 2026-dakı fasilələrdən danışdı: "Bəyənmirəm"
AFFA-nın baş katibi FİFA-nın sammitində
Mundial başlayar-başlamaz istefaya göndərildi
Yaponiyalı azarkeşlərdən növbəti nümunəvi addım - Video
"Kəpəz"dən ayrılıb bu kluba keçdi - Yenilənib
Alleqri gedir, Amorim gəlir
Xedira Mourinyonun köməkçisi olacaq
Klopp özünü “axmaq” adlandırdı – Naqelsmandan üzr istədi
AFFA-nın yeni texniki direktor - “Ayaks”da işləyirdi…
"Real" yeni transferini açıqladı
PSJ-dən yayın rekord təklifi
Kot-d`İvuar Ekvadora belə qalib gəldi - Video
Niderlanddan dünya çempionatında unikal nailiyyət
Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək
DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia
Portuqaliya millisinin məşq proqramı dəyişdi
İsveçin "qol yağışı" - Video
"Bavariya"ya keçir
İsveç - Tunis oyununun ən yaxşı futbolçusu seçildi
"Yaponiyanın bizdən qorxduğunu hiss etdim" - Ronald Kuman
Uruqvay millisi ABŞ-a vaxtında çata bilmədi
"Mübariz oyuna görə komandamla fəxr edirəm" - Yapon məşqçi