İtaliya A və B Seriyası oyunlarına hakimləri təyin edən komitənin rəhbəri Canluka Rokki barəsində cinayət işi açılıb.
QOL.az xəbər verir ki, "Football Italia" nəşrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanları onu VAR sisteminin işinə müdaxilə etməkdə və bununla da oyunların nəticələrinə təsir göstərməkdə şübhəli bilir.
Məlumata görə, 2025-ci ildə sabiq hakim köməkçisi tərəfindən onun barəsində şikayət verilsə də, məsələ nəticəsiz qalıb. Hazırda isə iş cinayət xarakteri alıb və Milan prokurorluğu tərəfindən araşdırılır. Xüsusilə ötən il martın 1-də keçirilmiş "Udineze" - "Parma" matçı şübhə altındadır. Həmin oyunda VAR briqadası əvvəlcə penalti təyin etmək istəməsə də, sonradan qərarını kəskin şəkildə dəyişib. Bildirilir ki, Rokki diqqəti cəlb etmək üçün VAR otağının qapısını döyərək epizoda birbaşa müdaxilə edib.
Bundan başqa, "İnter" - "Verona" matçında Alessandro Bastoni ilə bağlı baş verən və sonradan oyunun baş hakiminin elitadan uzaqlaşdırılması ilə nəticələnən insident də daxil olmaqla, sual doğuran digər məqamlar da mövcuddur.
Qeyd edək ki, Canluka Rokkinin günahını təsdiqləyən sübutlar tapılacağı təqdirdə, İtaliya futbolunu növbəti səs-küylü qalmaqal gözləyir.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video
“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı
"Yuventus"da itki
"Sarı divar"ı yaradanlar da Bakıdadır...
Ten Haq: “Qoy Kerrik öz işini görsün”