“Liverpul”un 2 futbolçusu sıradan çıxdı

“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
DÜNYA FUTBOLU 19 Oktyabr 2026 / 19:17 254
-  A +

“Liverpul”un baş məşqçisi Andoni İraola Jeremi Frimponq və Dominik Soboslainin son durumu barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Vilyarreal”la oyun öncəsi futbolçuların zədələrinin ağırlıq dərəcəsini açıqlayıb:

“Frimponqun yeni əzələ zədəsi aldığı aydındır. Bu, meydana daxil olduqdan cəmi iki-üç dəqiqə sonra baş verdi. Belə halları əvvəlcədən proqnozlaşdırmaq çətindir. İndi onun bərpasını gözləməliyik. Qorxuram ki, milli fasiləyədək ondan istifadə edə bilməyək. Soboslaiyə gəlincə, bu, yeni zədə deyil. Problem ötən həftə zədələndiyi nahiyədə yaranıb. Zədə ağırlaşmayıb, amma tam sağalması üçün bir qədər səbirli olmalıyıq. Onun qayıdışını uzun müddət gözləməyəcəyik. Vəziyyəti təxminən ötən həftəki kimidir".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7-ci turunda “Brentford”a 2:1 hesabı ilə qalib gələn “Liverpul” hər iki futbolçusunu itirib. Soboslai 32-ci dəqiqədə əvəzlənib, fasilədən sonra meydana daxil olan Frimponq isə cəmi 7 dəqiqə oynadıqdan sonra matçı davam etdirə bilməyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner