Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi

Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
DÜNYA FUTBOLU 19 Oktyabr 2026 / 18:29 473
-  A +

“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümünün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, Fransa nəşri “Onze Mondial” 27 yaşlı futbolçunu oxucuların səsverməsinin nəticələrinə əsasən “Onze d’Or” mükafatına layiq görüb. Beləliklə, Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə üçüncü yeri tutub.

Fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində 40 qol vurub. Səsvermədə ikinci yeri PSJ-nin yarımmüdafiəçisi Joao Neveş 11,9 faiz, üçüncü yeri isə Paris klubunun vingeri Xviça Kvaratsxeliya 10,8 faiz səslə tutub.

Qeyd edək ki, 2024/2025 mövsümünün ən yaxşı futbolçusu PSJ-nin vingeri Usman Dembele seçilmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner