“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər

“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
DÜNYA FUTBOLU 19 Oktyabr 2026 / 22:39 357
-  A +

Xavyer Tebasın “Real”la münaqişəsi onun La Liqa prezidenti vəzifəsindən kənarlaşdırılması ehtimalını gündəmə gətirib.

QOL.az xəbər verir ki, “La Sexta”nın məlumatına görə, İspaniya İdman Şurası Tebasın “Real”ın bəyanatlarını nasistlərin çıxışları ilə müqayisə etməsi ilə bağlı tədbir görülməsini araşdırır. “Sport” nəşri də bu məlumatı təsdiqləyib.

Məsələ hazırda qurumun hüquq xidmətinin araşdırmasındadır. Prosesin davamı üçün İdman İnzibatçılığı üzrə Məhkəməyə rəsmi şikayət verilməlidir.

Qeyd edək ki, “Real” rəhbərliyi Tebası dəfələrlə tənqid edib və onun istefasını tələb edib. İspaniya futbolunda buna bənzər hal 2023-cü ildə yaşanıb. Kral İspaniya Futbol Federasiyasının sabiq prezidenti Luis Rubiales qadınlar arasında dünya çempionatının finalından sonra baş verən qalmaqala görə vəzifəsindən kənarlaşdırılıb və sonradan üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner