"Görün neçə ildir ki, bu mövzu danışılır. Biz də deyirik, jurnalistlər də. Gəlin açıq danışaq, Azərbaycanda meydançalar bərbad haldadır. Əsasən də bölgələrdə. Bölgələrdə meydançalar yox dərəcəsindədir".
Bu sözləri Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov QOL.az saytına açıqlamasında deyib. O, Misli Premyer Liqasının 20-ci turunun Quba "İmişli" - "Qarabağ" matçının keçirildiyi Quba Olimpiya İdman Kompleksinin Stadionunun meydança barədə qonaq komandanın baş məçqçisi Qurban Qurbanovun narazılığına münasibət bildirib.
"Əgər biz yaxşı futbol oynamaq, gənc futbolçularımızın yetişməyini istəyiriksə, yaxşı meydanlarımız olmalıdır" - deyən A.Mircavadov bildirib ki, Azərbaycan Premyer Liqası son illərdə öz tempini tapıb:
"Yəni, get-gedə, inkişafı görünür. Həm azarkeş baxımından, həm də rəqabət baxımından inkişaf hiss olunur. Amma meydançaların yaxşı olmağını da görməzdən gəməməliyik. Yəni 3-4 meydançanı, stadionları çıxmaq şərti ilə digərləri çox pisdir. Həmin 3-4 meydançanın da biri Qəbələdədir, digərləri Bakıda. Uzağa getmək lazım deyil, əvvəllər "Karvan" Premyer Liqada oynayanda Yevlax şəhər stadonunda təbii ot örtüyü var idi və yaxşı vəziyyətdə idi. Örtüyə baxım göstərirdilər. Gəncədə də, bəzi bölgələrdə də təbii ot örtüyü var idi. İndi əfsuslar olsun ki, otun yerinə süni örtük salıblar. Süni örtük futbola yaraşmır, oyunçulara əziyyət verir, zədə çox olur. Meydan palçıqlı, pis olanda da futbolçular əziyyət çəkirlər. Ağır olur. Bir də ki, Azərbaycanda son illərdə qar fevral ayında yağır. Ona görə də hava şəraiti həm Şamaxıda, həm də Qubada meydançaların pis olmağına təsir göstərdi. Mən tez-tez xarici oyunlara baxıram. İngiltərə, İtaliya,İspaniya çempionatlarına. Baxırsan ki, ot örtüyü əla vəziyyətdədir. Həsət aparıram. Top hoppanmır. Bizdə isə Qubada top hoppana-hoppana gedirdi, futbolçuların ayaqları sürüşürdü. Futbolçu belə meydanda oynayanda zədə alsa, çox gec sağala bilər".
Bəs, vəziyyətdə çıxış yolu nədir?
A.Mircavadov bununla bağlı deyib: "Nə etmək lazımdır? "İmişli" klubu çalışır ki, rayonda stadion düzəlsin. Amma bilmirəm ki, hal-hazırda niyə İmişlidə stadion yararlı halda deyil. İmişlidə stadion var idi. Mənim yadıma gəlir, əvvəllər komanda elə İmişlidə oynayırdı. Çox gözəl də stadion var idi. Meydançanın örtüyü təbii idi. Nəsə əlac etmək lazımdır də. Əlac da budur ki, Quba Olimpiya Kompleksinin stadionuna hər gün baxmaq lazımdır. Neçə olacaq, deyə bilmərəm.
"Qarabağ" Çempionlar Liqasının pley-offuna çıxıb. Bu, həddindən artıq böyük uğurdur. Mən hələ oyundan əvvəl sizin sayta demişdi ki, "İmişli" - "Qarabağ" oyunu Bakıda keçirilsin. "İmişli" yaxşı oynayır. Yaxşı ot örtüyündə zədə də yaranmaz, oyun da keyfiyyətli olar. Biz istəyirik ki, çempionatımızın oyunları keyfiyyətli olsun. Söhbət bundan gedir. Keyfiyyətli oyun üçün də yaxşı ot örtüyü olmalıdır. Bunlar bir-biri ilə əlaqədardır. Tez bir zamanda bu problemə bir əlac lazımdır. Mən "İmişli"ni başa düşürəm, bütün oyunlarını Qubada keçirirlər. Bu, çox ağırdır. Onlar nə xal toplayıblarsa, qışa qədər toplayıblar. Hər dəfə Bakıdan Qubaya gedib gəlmək ağıdır. "İmişli" rəhbərliyi bu problemi həll etməlidir. Mən istərdim ki, "İmişli" öz rayonunda, öz stadionunda oynasın".
Nur Zeynalova
Artıq ən vacib xəbərlərin bildirişi telefonuna gələcək!
QOL.az-ı "İOS"dan yüklə...
QOL.az-ı "Android"dən yüklə...
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu