“Qarabağ”ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Məğlubiyyətə səbəb nə oldu?
- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik. Asan qollar buraxdıq. Rəqib bizə çox qol şansı vermədi. Üstəlik, “Kəpəz”in futbolçuları meydanda çox yaxşı vuruşdular. Müdafiədə demək olar ki, səhvə yol vermədilər. Belədə meydanı xalsız tərk etdik.
- Ola bilər ki, komandanın fikri “Kəpəz” yox, “Liverpul”la görüşdə idi?
- Xeyr, belə deməzdim. Üstəlik, “Kəpəz”lə matça fərqli heyət çıxmışdı. Həm də biz ölkə çempionatında da hər matça qələbə üçün çıxırıq. Bu görüşdə də bacardığımızın ən yaxşısını etməyə çalışırdıq. Təəssüf ki, yekunda uduzduq. Yəni bu məğlubiyyəti “Liverpul” matçı ilə əlaqələndirməzdim.
- “Kəpəz”in ikinci qolu bir qədər gözlənilməz oldu. Zərbə anında topun istiqamətini görmürdünüz?
- Bilmirəm nə deyim. Həmin anda bəxt də bir qədər rəqib futbolçunun tərəfində oldu. Üstəlik, zərbə anında top bizim futbolçulardan birinə də toxundu. Təbii ki, həmin anda komandama kömək edə bilmədiyim üçün məyusam.
- Son zamanlar mətbuatda sizin oyun praktikasının azlığına görə “Qarabağ”dan ayrılmaq istədiyiniz barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Həqiqətən də oyun praktikam azdır. Meydana çox gec-gec çıxıram. Hər bir futbolçu kimi, mən də daha çox forma şansı qazanmaq istərdim. Yaxşı formada olmaq üçün daha çox oynamağa ehtiyacım var. Lakin istənilən halda buradayamsa, komandamın uğurları üçün çalışmalıyam. “Qarabağ”a fayda vermək üçün bacardığımın ən yaxşısını edirəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
- Vəziyyət dəyişməsə, yayda “Qarabağ”dan getmək barədə düşünəcəksiniz?
- Bu barədə indidən nəsə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Mövsümün sonuna hələ çox var. İndi yalnız hər növbəti matçı düşünürəm. Buna yox, qarşıdakı oyunlara fokuslanmışam. Dediyim kimi, məqsədim “Qarabağ”a fayda verməkdir. Bunun üçün də bütün gücümlə çalışıram.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?