“Karvan-Yevlax”ın müdafiəçisi Elvin Yunuszadə Misli Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Uzun müddət qapınızı toxunulmaz saxlasanız da, yekunda “Qarabağ”a uduzdunuz. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Əvvəldən bilirdik ki, “Qarabağ”a qarşı oynamaq çətindir. Ümumilikdə çıxışımız pis alınmadı. Sadəcə sona qədər dözə bilmədik. Təəssüflər olsun ki, matçın sonuna yaxın qapımızda iki qol gördük və uduzduq. Artıq növbəti matçlara baxmalı, səhvlərimiz üzərində işləməliyik.
- Demək olar ki, matçın taleyini “Qarabağ”ın sonradan meydana çıxan futbolçuları həll etdi?
- Bəli, sonradan meydana daxil olanlar matçın nəticəsinə təsir etdilər. Bizdə yorğunlua var idi, rəqib isə yeni futbolçularla oyunu gücləndirdi. Həmin legionerlərin ustalıq səviyyəsi hər kəsə məlumdur.
- Qarşıdan kubok, sonra yenə çempionat oyunu gəlir. “Karvan-Yevlax” bu sıx qrafikə nə dərəcədə hazırdır?
- Kubokda da “Qarabağ”la üz-üzə gələcəyik. Əlbəttə, bu komandaya qarşı oynamaq çətindir. Lakin nə etmək olar, işimizdir. Bu cür hallara, belə çətin oyunlara hazır olmalıyıq. İnkişaf etməyimiz üçün bu cür gərgin matçlar lazımdır.
- Baş məşqçi dəyişikliyi “Karvan-Yevlax”a necə təsir edib?
- Yeni baş məşqçi gələndə futbolçularda da motivasiya, istək artır. Oyun sistemimizdə də dəyişiklik var. “Qarabağ”la oyun göstərdi ki, Füzuli Məmmədovun gəlişindən sonra müsbətə doğru dəyişiklik var. O, komandanı hələ 3-4 gündür çalışdırır. Bir qədər zamana ehtiyac var.
- Qeyd etdiyiniz kimi, Füzuli Məmmədovun gəlişindən sonra komandada müsbətə doğru dəyişiklik nəzərə çarpır. Bir az konkretləşdirsək, Məmmədovun gəlişi nəyi dəyişib?
- Füzuli müəllim bu dəqiqə bizdən çox həvəslidir. Onun işinə olan həvəsi bizə də keçir. Sistem, taktika üzərində işləyirik. Lakin zaman lazımdır ki, baş məşqçi istədiklərini tam diktə edə bilsin. Zamanla daha yaxşı “Karvan-Yevlax” görəcəksiniz.
- Qış fasiləsinə qədər çempionatda 3 tur qalıb. “Karvan-Yevlax” yeni ilə qədər son pillədən qurtula bilər?
- Məşqlərdə çox çalışırıq. Bu templə davam etsək, vəziyyətimiz tezliklə düzələcək. Yenə deyirəm, ən qısa zamanda fərqli “Karvan-Yevlax” görəcəksiniz.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr