“Son vaxtlar derbilərdə “Qarabağ”ın böyük üstünlüyü olur. Dünən “Qarabağ” oyun baxımından da “Neftçi”ni üstələyirdi. Əsas odur ki, mübarizə, dinamika var idi. Derbi oyun tərəfindən alınmasa da, ümumi olaraq alındı. Azarkeşlər, stadionda atmosfer çox yaxşı idi”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis ötən gün Misli Premyer Liqasının 11-cü turunda keçirilən “Qarabağ” – “Nefti” matçı (2:0) haqqında danışıb. O qeyd edib ki, komandaların oyun baxımından aralarında olan fərq hələ ki, matçı derbi adlandırmağa imkan vermir: “Neftçi”də son vaxtlar çox dəyişiklik olub. Yeni oyunçular cəlb edilib. Pis futbolçular deyillər. Ancaq bir-birlərinə tam uyğunlaşmayıblar. Sadəcə olaraq komandanın xal ehiyatı az olduğuna görə yaxş oyun göstərməyə vaxtı çatmır. Yəni indi nəticə çox önəmlidir. Hələ ki, Samir Abasov axtarışdadır. Ancaq onun da vaxtı azdır. Çünki komandanın 11 turdan sonra cəmi 15 xalı var. Bu il avrokuboklara düşmək istəyirlərsə, ilk növbədə xal ehtiyatını artırmalıdırlar. Ən əsası isə psixoloji tərəfdən çox işləməlidirlər. Hiss olunur ki, məşqçilər korpusu işləyir. Amma hələ də görürük ki, komanda qol buraxandan sonra ruhdan düşür”.

A.Mircavadov “Qarabağ”la görüşdə özünü göstərə bilməyən “Neftçi”nin ulduz futbolçusu Vensan Abubakarla bağlı isə bunları deyib: “Abubakarı niyə gətiriblər? Güclü klublarla oynamağa, yoxsa ortabablarla? Məlumdur ki, güclü klublarla oyun üçün transfer edilib. Bəli, Abubakar çox gözəl oyunçu olub. İndi də ola bilər. Amma neçə müddətdir ki, oynamırdı. Öz üzərində çalışsa, fiziki durumunu yaxşılaşdırsa, “Neftçi”yə çox kömək edə bilər.
Dünən meydanda görünmürdü. Hərəkəti azdır. Futbol hər gün inkişaf edir. İndi daha sürətli futbol oynayırlar. Ona görə də sürət çox vacibdir. İlk növbədə topla və topsuz hərəkət olmalıdır. Abubakarın qol duyumu güclüdür. Amma bu hərkətlə “Qarabağ” kimi komandalar ona heç bir şans verməz”.
A.Mircavadov hazırda “Neftçi” və “Qarabağ” arasında oyun baxımından böyük fərq olduğunu bildirib: “Qarabağ” hələ ki,”Neftçi”dən çox güclüdür. Özü də bir neçə gün əvvəl Çempionlar Liqasında “Çelsi” ilə çox ağır oyun keçiriblər. Bununla belə, həmin oyunda iştirak edən bir neçə futbolçu bu görüşdə də yaxşı çıxış etdi. Deməli, özlərini bərba etmyi bacarırlar. “Qarabağ” öz oyunu ilə qalib gəldi”.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video